Yanvarda istifadəçilər qısa videoların mübadiləsi xidmətini 104 milyon dəfədən çox yükləyiblər.
WhatsApp messenceri 2020-ci ilin yanvarında dünyada ən çox yüklənən və oyun tətbiqi olmayan ikinci əlavə olub. O istifadəçilərin qısa videolar paylaşdığı TikTok sosial şəbəkəsinin mobil tətbiqinə görə lider statusunu itirib.
Bunu App Store və Google Play-də yükləmələri nəzərə alan “Sensor Tower” tərəfindən aparılan bir araşdırma sübut edir.
Ötən ay istifadəçilər TikTok əlavəsini 104,7 milyon dəfə yükləyiblər, bu isə 2019-cu ilin anoloji dövrü ilə müqayisədə 46% daha çoxdur. Bundan başqa, WhatsApp mobil qurğulara 90,6 milyon dəfə yüklənib, bu isə ötən ilin birinci ayı ilə müqayisədə 10% daha çoxdur.
TikTok ən çox Hindistanda yaşayan insanlar tərəfindən yüklənilib və populyarlıq qazanıb. Əlavənin yüklənməsinin 34,4%-ni məhz bu ölkənin payına düşür. Əlavəni, həmçinin Braziliyada da ən aktiv bir şəkildə yükləyiblər (10,4%).
Hər iki App Store və Google Play-də ən çox yüklənən əlavələrin TOP 5-liyinə Facebook şirkətinə məxsus olan Facebook, Instagram və Facebook Messenger də düşüb.
iOS istifadəçilərinin TikTok-dan sonra yüklədiyi ikinci əlavə YouTube olub. Amma maraqlısı budur ki, Facebook Massenger iOS istifadəçilərinin ən çox yüklədiyi əlavələrin TOP 5-liyinə daxil olmağı bacarmayıb.