Əsas səhifə Biznes sahələri Texnologiya 2020-ci ilin sonuna yaxın “USB4” standartını dəstəkləyən ilk qurğular istehsal olunacaq

2020-ci ilin sonuna yaxın “USB4” standartını dəstəkləyən ilk qurğular istehsal olunacaq

57
USB4
USB4

“USB4” standartı hələ martda təqdim edilməsinə baxmayaraq bütün sənəd və normativlərin işlənib hazırlanmasına müəyyən qədər vaxt lazımdır. Artıq yeni standartın “Thunderbolt 3” texnologiyası əsasında hazırlandığı məlumdur. Bu səbəbdən “USB 3.2” standartı ilə müqayisədə məlumatların ötürülməsi sürəti 2 dəfə yüksələrək 40 Qb/s-yə yaxınlaşıb.

“USB4” standartını dəstəkləyən ilk qurğular artıq 2020-ci ilin sonuna yaxın əlçatan olacaq. Həmçinin 40 Qb/s sürətinin tam təmin edilməsinə dair söz verilib, halbuki müasir “USB Type-C” kabelləri “Thundebolt 3” vasitəsilə qoşulma vaxtı həmin sürəti dəstəkləmir.

Yeni “USB” standartı eyni anda bir neçə məlumat protokolunu dəstəkləyir, bir kabel vasitəsilə təsviri monitora, faylları kənar daşıyıcıya göndərə, həmçinin enerji toplaya bilər.

Rəy bildir

Please enter your comment!
Please enter your name here