“JD Power” portalının mütəxəssisləri 2020-ci ilin 10 ən etibarsız avtomobil markalarının siyahısını açıqlayıblar. Reytinq 36 55 avtomobil istifadəçisi arasında keçirilən sorğu əsasında tərtib edilib.
10. Subaru
Bu yapon brendi ən etibarsız avtomobil markaları arasında onuncu yer alır. Sorğunun nəticələrinə görə, 100 avtomobilə 154 problem düşür.
9. Infiniti
Daha bir yapon brendi “Infiniti” dir ki, reytinqdə 9-cu yer alır. Hər 100 avtomobilə düşən problemlərin sayı 155-ə çatır.
8. Dodge.
Amerikan markası “Dodge” səkkizinci yerdədir. Sorğunun nəticələrinə görə, bu markanın hər 100 avtomobilinə düşən problemlərin sayı 158-ə çatır.
7. Jeep.
Yeddinci yerdə amerikan markası “Jeep” dayanır. Burada hər 100 avtomobilə düşən problemlərin sayı 159-a çatır.
6. Fiat
İtaliyanın “Fiat” markası reytinqdə altıncı yer alır. Hər 100 avtomobilə düşən problemlərin sayı 160-a çatır.
5. GMC
Bu marka altında yük maşınları, furqonlar və pikaplar satılır. Belə avtomobillərin etibarlı olması adətən şübhə doğurmur. Buna baxmayaraq, bu markanın hər 100 avtomobilinə düşən problemlərin sayı 162-ə çatır.
4. Volvo
Çoxları “Volvo” markasını keyfiyyət və etibarlılıq ilə əlaqələndirir və yanılır. Nəticələrə əsasən, hər 100 “Volvo” avtomobilinə düşən problemlərin sayı 185-ə çatır.
3. Jaguar
“Jaguar” 2020-ci ilin ən etibarsız avtomobil markaları reytinqində ilk üçlüyə daxildir. Hər 100 avtomobilə düşən problemlərin sayı 186-ə çatır.
2. Chrysler
Amerikanın “Chrysler” brendi ən etibarsız avtomobil markaları arasında ikinci yer tutur. Hər 100 avtomobilə düşən problemlərin sayı 214-ə çatır.
1. Land Rover
Sorğulanan insanların fikrincə, 2020-ci ilin ən etibarsız avtomobili “Land Rover” dir – hər 100 avtomobilə 220 problem düşür.