2020-ci ildə şirkətlər necə işə götürəcəklər?

Date:

Paylaş:

İşgüzar əlaqələr üçün sosial şəbəkə olan LinkedIn işçi heyəti seçimi bazarında dünyəvi  ənənələrlə bağlı illik hesabatı təqdim edib. Əsas mövzu bütün trendləri birləşdirən empatiya olub. Şirkət əminliklə bildirir ki, məhz bu keyfiyyət işə götürməyə və əməkdaşları işdə saxlamağa yanaşmanı dəyişə bilər.

LinkedIn-in dokladı 35 ölkədən olan  müxtəlif şirkətlərin 7 mindən çox əməkdaşı arasında keçirilən sorğu və HR-bazar ekspertləri ilə müsahibəyə əsaslanıb. Hesabatda deyilir ki, əgər əvvəllər baş direktorlar birinci yerə şirkətin səhm dəyərlərini qoyurdularsa, 2020-ci ildə hər şey dəyişəcək və əsas yerdə işçilərə qoyulan investisiyalar gələcək.

Əməkdaşların işə götürülməsi kontekstində ematiya  özünü başqa birisinin yerinə qoymaq və vəziyyəti onun gözü ilə görə bilmək bacarığından ibarətdir. Bunu Forbs.com saytı belə izah edir. Sayt, LinkedIn hesabatına əsasən ənənələrin araşdırılmasını təqdim edib.

Əməkdaşların təcrübəsi

Söhbət namizədlərin peşəkar təcrübəsindən deyil şirkətdə əldə etdiyi emosional təcrübəsindən gedir. İşə götürənlərin 96%-i LinkedIn-ə deyib ki, işçilərin təcrübəsi getdikcə daha da çox əhəmiyyət daşıyır, şirkətlərin 77%-i ona kökləniblər.

Belə bir yanaşma işçiləri komandada saxlamağa kömək edir. Bunun üçün bəzi HR-menecerlər mütəmadi olaraq sorğular keçirirlər, belə ki, onlar işçilərin iş şərtlərindən nə dərəcədə məmnun olduqlarını bilmək istəyirlər.

İnsanların təhlil edilməsi

Məlumatları təhlil etmək bacarığı olan “ovçu”ların sayı son beş ildə 242% artıb. Əməkdaşlar barədə məlumatları öyrənmək texnlogiyalar və hər şeydən öncə sosial şəbəkələr sayəsində daha da asanlaşıb. Şirkətlər, içşi heyətini idarə etmək, qovulmalar barədə qərar vermək və  işçilərin effektivliyini qiymətləndirmək üçün onlardan istifadə edirlər.

Daxildə iş təyinatları

LinkedIn-in məlumatlarına görə, 5 il ərzində şirkət daxilində vəzifələrin dəyişməsi (vəzifədə yüksəliş, başqa bölməyə keçirilmə və ya “üfüqi yerləşmə”) 10% artıb.

Əməkdaş iş yerində öyrənəndə şirkətə lazım olan bacarıqları əldə edir və artıq kənardan mütəxəssis axtarmağa ehtiyac qalmır. Ekspertlər belə hesab edirlər ki, daxildə dəyişiklik biznes üçün məhsuldar və əməkdaşları saxlamaq üçün effektiv ola bilər.

Müxtəlif yaş nəslindən ibarət komanda

HR-menecerlərin 89%-i deyir ki, müxtəlif nəslin nümayəndələrindən ibarət olan şirkətlər daha məhsuldardırlar, çünki, onlarda hər nəslin güclü tərəflərindən istifadə olunur.

Bumerləri, X-ləri, millenialları və Z nəslinin nümayəndələrini cəlb etmək və saxlamaq üçün şirkətlər yaradıcı yanaşmadan istifadə edirlər, eyni zamanda çevik şərtlər və digər güzəştlər irəi sürürlər.

Bundan qabaq LinkedIn yeni işdə ilk üç ayda insanların etdiyi 5 əsas səhvin hansılar olduğunu bildirib. Məsələn, özünü çoxbilmiş kimi aparmaq.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...