2020 ci ildə Azərbaycanda dünya standartlarına uyğun yeni “Tur Operator” yaradılacaq

Date:

Paylaş:

Azərbaycanda tərkibində bir neçə turizm xidmətlərini kompleks şəkildə birləşdirəcək yeni “Tur Operator” qurulur.“New ERA” turizm şirkətinin nəznində formalaşdırılacaq tur operatorluq üçün ilkin dövrdə Gürcüstan (Tibilisi), B.Ə.Ə (Dubay) və Səudiyyə Ərəbistanında (Dammam) nümayəndəlik ofislərinin açılacağı planlaşdırılır. Qeyd edək ki, satış işini daha təkminləşdirmək üçün xüsusi B2B onlayn platformada qurulurki, bu da qiymətləndirmə siyasətində obyektivlik və çeviklikliyin təmin olunmasına şərait yaradacaq. Yeni sistem ölkədə gəlmə turizmin inkişafına təkan verəcək və “Azərbaycan” brendidin digər ölkələr arasında rəqabət qabiliyyətinin artırılmasına şərait yaradacaq.

Əsas prioritetimiz ölkəyə gəlmə turizmin təşkili məsələlərini dünya standartlarına uyğunlaşdırmaqdır, deyən “New ERA” şirkətinin direktoru Elçin Rüstəmov bu istiqamətdə gərəkli olan bütün addımların atılacağını vurğulayıb. Onun sözlərinə əsasən, 2020 ci ilin ilk rübü ərzində B2B onlayn sistemin qurulması hədəflənir.

Eyni zamanda o, aşağıdakıları da qeyd edib :

“Təbii ki, bu bir az zaman alacaq bir mərhələdir, çünki qurulacaq qlobal sistem vasitəsilə yalnızca otellərin bronlaşdırılması deyil, eyni zamanda bir sıra beynəlxalq hava yolları şirkətlərinin biletlərinin onlayn satışı, hazır tur paketlərin kombinə edilməsi və s.təşkil olunacaq. New ERA turizm şirkətinin əsas sloqanı “hər şeyin ən yaxşısı” olduğu üçün, hər şeyin kompleks və mükəmməl şəkildə olması əsas hədəfimizdir. Bu səbəblə əsas diqqətimiz isistemin daha qısa müddətə hazır olmasına deyil, daha mükəmməl şəkildə qurulmasına ayıracağıq. Mənim biznesə yanaşma tərzim sadə qaydadadır, yəni bəhanəsi olanın inkişafı olmaz!

Əsas hədəfimiz bəhanə, xəta və boşluqların olmadığı bir beynəlxalq sistemi ərsəyə gətirməkdir. Artıq qlobal bazarda ölkələr arasında rəqabət daha çox onlayn platformalar üzərindən olduğu üçün əsas fikrimizi bu istiqamətə ayırmalıyıq.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliyindən ölkə daxili xüsusi turların təşkili üçün özəl olaraq bir neçə nəqliyyat vasitəsinin də gətirilməsi planlaşdırılır.”

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...