Əsas səhifə Vergi Gələn ildən mağaza sahibləri sadələşdirilmiş vergidən bu şərtlərlə istifadə edəcəklər

Gələn ildən mağaza sahibləri sadələşdirilmiş vergidən bu şərtlərlə istifadə edəcəklər

115
Paylaş

Fərdi sahibkar kimi özümə məxsus təsərrüfat subyektində (mağazada) pərakəndə ticarət fəaliyyəti qaydasında – məsələn dəftərxana ləvazimatlarının satışı ilə məşğul olursunuz. Bəzi hallarda malların vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim etməklə satışını həyata keçirirsiz. Belə olan halda, fəaliyyətimi sadələşdirilmiş verginin ödəyicisi kimi davam etdirmək olarmı?

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi eyni zamanda topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda, həmin vergi ödəyicisi sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququnu saxlayır.

Əsas: Vergi Məcəlləsi, 218.6.1-ci maddə.

Sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi misal

Ümumi ticarət əməliyyatlarının həcmi = 40.000 manat;

Rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilmiş əməliyyatların həcmi = 10.000 manat.

Bu halda, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilmiş əməliyyatların vergi ödəyicisinin ümumi ticarət əməliyyatlarında xüsusi çəkisi 25 faiz (10.000/40.000×100%) təşkil edir.

Göründüyü kimi, rüb ərzində topdansatış qaydasında elektron qaimə-faktura təqdim etməklə həyata keçirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadığından, vergi ödəyicisi fəaliyyətini sadələşdirilmiş verginin ödəyicisi kimi davam etdirə bilər.