Əsas səhifə Məqalələr Maraqlı 2020-ci ildə startaplar necə investisiya cəlb edə bilərlər?

2020-ci ildə startaplar necə investisiya cəlb edə bilərlər?

49
Paylaş

2019-cu ildə WeWork kovorkinqlər şəbəkəsinin madiyyatla bağlı problemlər yaşamasından bəri vençur kapitalistlər startaplara yatırım etməkdə ehtiyat edirlər. Silikon Vadisinin ən iri vençur səhmdarlarından biri olan Silicon Valley Bank (SVB) illik hesabatında 2020-ci ildə şirkətə vəsait cəlb etmək üçün nəyə diqqət yetirməyin vacib olduğunu qeyd edib.

Hətta gənc startaplar gəlirli olacaqlar

Silikon Vadisində artıq başlanğıcdan investisiya cəlb etmək istəyən startaplar üçün gəlirlilik hələ də əsas şərt olaraq qalacaq. SVB-nin məlumatına görə, səhmdarlar artıq  illik gəliri 1 milyonda az olmayan gənc şirkətlərə yatırım edirlər. Halbuki, 4 il bundan qabaq illik gəliri 200 min olan startaplara yatırım edilirdi.

Bir çox hallarda ilkin maliyyələşməyə illik gəliri 1,4 mln. dollara çatanlar ümid edə bilərlər. SVB hesabatında bildirilir ki, buna görə də  startaplar o vaxt gələcək üçün vəsait toplamağı kənara qoymalı olurlar.

Startaplar vəziyyəti qovulmalarla bərpa etməyə çalışırlar

Yüksək ödənişlər, bonuslar və ştatın qorunub saxlanmasına gedən xərclər ümumilikdə, gəlir əldə etməyə doğru gedən yolda əsas maneələrədən biridir. Problemi həll etmək üçün Silikon Vadisinin bir çox startapları 2019-cu ilin sonunda əməkdaşlarının yarısını qovmalı olublar. Onların arasında WeWork, JUUL, LendingClub, Uber kimi nəhənglər və başqaları da var.

İnvestorlar və startaplar 2020-ci ildə “özəl” IPO-lara üsütnlük verəcəklər

SVB-nin gəldiyi qənaətə görə, gəlirliliyə inamsızlıq və 2019-cu ildə nəticələri birmənalı olmayan silsilə IPO-ların keçirilməsi ona gətirib çıxardı ki, startaplar artıq uzun müddət özəl şirkət olaraq qalacaqlar. Onlar daha çox “özəl IPO” formatına üstünlük verirlər – 100 mln. dolları ötən istənilən maliyyə raundu. Adi  IPO-larla müqayisədə həmin IPO-larda investorlar daha az mülkiyyət hüquqları əldə edirlər və şirkət ictimailəşmir.

Dünyanın bir çox ən bahalı startapları daimi inkişafa yatırım etməklə heç vaxt gəlirli olmayıblar. Belə şirkətlər arasında Uber, Spotify, Lyft və bu yaxınlara qədər Tesla olub.  Uzun müddət investorlar bu modeli tətbiq edərək, Facebook və ya Amazon-un uğurunu təkrarlayacaqlarına ümidləniblər.

Amma WeWork kovorkinqinin düşdüyü vəziyyət gəlirin inkişafdan daha çox əhəmiyyət daşıdığını anlamağa imkan verib. Şirkətin problemləri avqustda üzə çıxıb: məlum olub ki, onun zərəri 1,54 mlrd.dollar gəlirlə 905 mln. dollar olub. WeWork yerini dəyişməli, sonra isə IPO-dan imtina etməli olur. Bir il ərzində şirkətin qiymətləndirilməsi 47 mlrd. dollardan 8 mlrd. dollara düşür.