Əsas səhifə Biznes Biznes məqalələri 2020-ci ildə Almaniyada gəlirli biznes açmağın yolları

2020-ci ildə Almaniyada gəlirli biznes açmağın yolları

237
Paylaş

Bir çox insanlar xaricdə onlar üçün stabil gəliri və yaxşı həyatı təmin edən biznes açmağa can atırlar. Almaniya da xarici ölkələrdən biri kimi 2020-ci ildə də kifayət qədər perspektivli biznes ocağıdır. Ölkə iqtisadi cəhətdən diqqət çəkicidir və uğurla inkişaf edir, hərçənd burada çoxlu sayda qaçqın var və qlobal maliyyə böhranına uğrayıb. Burada təkcə vətəndaşlar üçün deyil, əcnəbilər üçün biznes fəaliyyət baxımından əlverişli şərtlər var.

Almaniyada biznes açmağın və təşkilatın üstünlüyü

Ölkədə, yaşayış yerindən asılı olmayaraq kifayət qədər pulu olan və sahibkarlıq bacarıqlarına malik istənilən bir şəxs biznes aça bilər. Amma bununla belə sahibkarlıq fəaliyyətinin regiona və iqtisadiyyata fayda verməsi də vacibdir.

Vəsait qoymazdan əvvəl hansı biznesin gəlirli olacağını bilmək və onun inkişaf planını hazırlamaq lazımdır. Bildirək ki, sahibkarlarn artıq başqa bir ölkədə açdıqları biznesi Almaniyaya gətirmək, törəmə firma yaratmaq, alman şirkətindən pay almaq ya da tamam sıfırdan müəssiəs yaratmaq imkanları var.

Almaniya xarici investorlar qarşısnda geniş perspektivlər açır:

Almaniyada buraxılan məhsul bütün dünyada yükək keyfiyyəti ilə seçilən alman markası kimi tanınır;

Hökumət müəssisələrə subsidiyalar verir və ehtiyac yarandığı hallarda isə inkişaf üçün dotasiyalar ayırır;

Şirkətlər alman banklarında güzəştli şərtlərlə kredit ala bilərlər;

Digər ölkələrlə müqayisədə vergilərin aşağı olması sürətli gəlir artımına yol açır;

Təkcə daxili bazarda deyil, bütün Avropa Birliyi ərazisində kommersiya fəaliyyəti ilə məşğul olmaq imkanı yaranır.

Sahibkar əqli mülkiyyəti qeydiyyatdan keçirmək və beynəlxalq səviyyəli biznes-layihələrdə iştirak etmək hüququna malikdir.

Almaniyada biznes  və MMC açmaq üçün  25 000 avro həcmində minimal kapital qoyuluşu tələb olunur. Başlanğıc mərhələdə məbləğin yarısı – 12 500 avroya icazə verilir.

Hansı biznes-ideyalar Almaniyada daha perspektivlidir?

Uğurlu iş açmaq üçün əhalinin tələbatını bilmək lazımdır və şirkət də bu maraqlarla fəaliyyət göstərəcək. Bundan başqa, onun maliyyə imkanlarını da yenidən təhlil etmək lazımdır. Ölkənin istənilən bir bucağında tələb olunan daha gəlirli biznes daşınmaz əmlakla bağlı işdir. Bu, çox perspektivli və maraqlı istiqamətdir. Yəni Almaniya üçün aktual biznes:

Kommersiya, anbar və ticarət fəaliyyəti üçün icarəyə vermək məqsədilə mənzil və digər yaşayış yeri almaq. Sonradan icarəyə vermək üçün alınacaq obyekt düzgün seçilsə, bu icarə biznesi tez bir zamanda geri qaytarılır. Amma məkanın texniki göstəricilərini, yerləşdiyi yeri və məskunlaşma perspektivlərini nəzərə almaq da lazımdır;

Torpaq sahələrinin alınması. Tikilmiş obyekti satmaq  və yüksək gəlir əldə etmək daha rahatdır;

Mehmanxana biznesi. Otel açmaq, bütün xərcləri qarşılamaq və yaxşı qazanc əldə etmək, belə ki, müxtəif ölkələrdən bu ölkəyə çoxlu turist gəlir;

Qocalar evi. Belə bir biznesin alqısı və açılması – stabil biznesə zəmanət. Hökumət belə qurumlara kömək edir, dotasiyalar ayırır və güzəştlər tətbiq edir.

Daşınmaz əmlakdan başqa, digər gəlirli bir müəssisə variantları da seçmək olar. Məsələn,  Almaniyada fastfood məkanlar məşhurdur, amma bahalı restoranlara tələbat tədricən azalır: bir çox adamlar ucuz və dadlı qidaların olduğu fastfood kafelərdə nahar və şam etməyə üstünlük verirlər. Ona görə də insanların çox olduğu yerlərdə qurum açıb keyfiyyətli xidməti təmin etsəniz xərcləri geri qaytarmaq və gəlir qazanmaq çətin olmayacaq.

Almaniyada çox tələb olunan kiçik biznes istiqamətləri gözəllik və bərbər salonlarıdır. Belə xidmətlərə tələbat və onların qiyməti olduqca yüksəkdir.

Mağaza açılışna da uğurla pul qoymaq olar. Qida məhsulları, ev əşyaları və geyimlər ticarəti həmişə tələb olunandır. İnsanlar aktiv şəkildə supermarketlərə baş çəkirlər, buna görə də iş düzgün aparılarsa bu sahə əla gəlir gətirəcək.

Bundan başqa, Almaniyada xüsusi biznes istiqaməti də var: Freiberufler adlanan və biznesmen hesab olunan mütəxəssislər sahibkarlıq fəaliyyətinə görə vergidən azaddırlar. Freiberufler sözü almancadan tərcümədə “sərbəst peşə sahibi” mənasını verir. O, xüsusi təhsilli olmalı və öz sahəsi üzrə biliklərə malik olmalıdır. Bu kateqoriyaya daxildir:

həkimlər və digər səhiyyə işçiləri;

notariuslar;

hüquqşünaslar;

dizaynerlər;

fotoqraflar;

aktyorlar;

yazıçılar;

tərcüməçilər;

jurnalistlər.

Bu məqamda qeyd etmək lazımdır ki, Almaniyada yeni biznes-ideyaları uğurla irəli sürmək üçün bütün şərtlər yaradılıb. Ekspertlərin fikrincə, xüsusən günəş batareyaları parklarının salınmasının və ətraf mühitin qorunmasına yönəlmiş digər layihələrin böyük perspektivləri var.

Hansı təşkilati-hüquqi formanı seçmək lazımdır

Ölkədə biznes açmağın ən sadə yolu – fərdi Das Einzelunternehmen müəssisəsidir. Onu  fiziki şəxs, məsələn, azad peşə sahibi aça bilər və özü sərbəst şəkildə də idarə edə bilər. Almaniyada rezident olmayan əcnəbilər kapital icma təsis edə bilərlər. Bu kommersiya müəssisəsi formasıdır və istehsalçıların ümumi kapitala bəxşişlərini nəzərdə tutur. Kapital icmasında bir neçə fərqli formalar var:

Aktiengesellschaft – AG səhm icması;

“Gesellschaft mit beschränkter Haftung – GmbH”  MMC.

Xarici sahibkarlar çox vaxt GmbH rəsmiləşdirirlər. İcma  üzvləri kapitalın həcminin, fəaliyyət sahəsinin, ünvanın göstərildiyi razılıq imzalayırlar və sənədi notarial qaydada təsdiqləyirlər. Belə bir müəssisənin qurucusu fiziki və hüquqi şəxs ola bilər.

GmbH və mini- GmbH müəssisəsinin bir növü də Almaniyada UG (Unternehmergesellschaft)-dir. Bu təşkilati-qanuni forma öz bizneslərinə yenicə başlayan və çoxlu başlanğıc kapitala malik olmayan sahibkarlarda çox böyük maraq doğurur. Almaniyada UG formalı firma açmaq üçün eynilə adi MMC üçün tətbiq olunan qaydalar tətbiq olunur. İstisna hal odur ki, UG-nin qoyulmuş kapitalınn həcmi 1 avrodan 24 999 avroya kimi ola bilər.

Səhm icması 50 000 avroluq nizmanamə kapitalına malik olmalıdır. Məbləğin dördüncü hissəsi qeydiyyata alınaraq ödənməlidir. AG forması Almaniyada iri şirkətlər üçün xarakterikdir. Müəssisə rəhbərliyi illik maliyyə hesabatı dərc etməlidir.

Almaniyada necə biznes açmaq olar

Firmanın açılması təşkilati-hüquqi forma ilə təyin olunmalıdır və lazım olan sənədlər pakei hazırlanmalıdır.

GmbH – təsisçilər və direktordan ibarətdir. Onun tək bir şəxs olması yolveriləndir.

Hansı sənədlər lazımdır

GmbH-ın qanuni forması Almaniya vətəndaşı olmadan orada biznes açmağa imkan verir. MMC rəsmiləşdirilməsi üçün təsisçilər. Direktor və müəssisənin özü  barədə ətraflı məlumatlar tələb olunur. Aşağıdakılar lazımdır:

şirkətin fəaliyyətinin ətraflı şəkildə təsvir olunduğu firma nizamnaməsi;

təsisçilərin siyahısı;

səhmdarların payları haqqında məlumat;

hər icma üzvünün yaşayış ünvanı, adı və doğum tarixi. Məlumatlar latın əlifbası ilə yazılmalıdır;

səhmdarların ailə vəziyyəti ilə bağlı məlumat. Qanun, təsisçinin həyat yoldaşının da sənədlərin qeydiyyatında iştirakını tələb edir.

Müəssisənin hüquqi adı alman adı olmalıdır. Xarici səhmdarlar adətən  sənədləri rəsmiləşdirməyə imkan verən firmanın və ya vəkilin ünvanını qeyd edirlər.

Qeydiyyatdan sonra təsisçilər biznes-viza əldə etmək hüququ qazanırlar. Onun qüvvədə olma müddəti bir aydan bir ilə kimidir.

Firmanın normal işləyəcəyi halda bütün səhmdarlar özləri və ailə üzvləri üçün yaşayış yeri növü əldə etmək imkanı qazana bilərlər. Özünüzə şəxsi iş qurmaqla bir müddət sonra Almaniya vətəndaşlığı da əldə edə bilərsiniz.

Firmanın qeydiyyatdan keçirilmə prosesi

Bu proses notarius qaydasında həyata keçirilir və təxminən bir saat çəkir. Buna görə rüsum təqribən 600 avrodur.  Mütəxəssisə baş çəkmək üçün qabaqcadan ona yazılmaq və qəbula gecikməmək lazımdır. Yaxşı olar ki, təyin olunan vaxtdan 5 dəqiqə tez gələsiniz.

Şirkətin direktoru və təsisçilərindən biri qeydiyyat prosesində şəxsən iştirak etməlidirlər. Qalan təsisçilər isə başqasına etibarnamə verə bilərlər ki, bu etibarnamə də Almaniyada notarial qaydada təsdiqlənməlidir.

Bütün təsis sənədlərini toplamalı və özünüzlə götürməlisiniz. Prosedurun əvvəlində notarius işçisi müştərilərin xarici pasportunu yoxlayır, surətlərini çıxarır, sonra isə firmanın nizamnaməsini və təqdim olunmuş digər sənədləri ucadan oxuyur.

Qeydiyyat zamanı tərcüməçi də iştirak etməlidir. O, hüquqi terminləri bilməli və onları hər iki dildə ifadə etməlidir.

Sənədləri oxuduqdan və tərcümədən sonra notarius, firmanın qeydiyyatdan keçməsi barədə kağız tərtib edir. Onu direktor, təsisçilər, notarius və tərcüməçi imzalayırlar və bununla da şirkətin qeydiyyat prosesi başa çatmış sayılır. Qeydiyyat şəhadətnaməsinin təsdiqlənmiş surətini notarius adətən poçt vasitəsilə göndərir, amma ondan prosesi tezləşdirib sənədi dərhal almağı də xahiş etmək olar. Notarius köməkçisinin vaxtı olacaqsa kağızı 15 dəqiqəyə  rəsmiləşdirəcək.

Bank hesabı necə açılır?

Almaniyada firmanın qeydiyyat haqqında şəhadətnaməsinin notarial qaydada təsdiqinin surəti əlinizdə olandan sonra hesab açmaq üçün istənilən ölkə bankına üz tuta bilərsiniz. Yaxşı olar ki, bu, çoxlu filialları olan iri bir bank olsun. Aşağıdakılar yerli sakinlərin və əcnəbilərin etimad göstərdikləri sırasına daxildirlər:

Deutsche Bank

Dresdner Bank

Stadtsparkasse

Commerzbank

Hər bir bankda müştərilərə ardıcıl təlimatlar təqdim olunur. Onlar maliyyə qurumunun xidmətlərindən maksimum yararlanmağa imkan verirlər.

Açılan hesaba 12 500 avro həcmində nizamnamə kapitalı yatırmaq, ödəniş qəbzi götürmək və notariusa aparmaq lazımdır. Onu əldə edən mütəxəssis sənədləri, firmaya Ticarət Reyestrində nörmə verəcək bələdiyyəyə göndərir. Bunun xərci 300 avrodur.

Nömrə bir ay ərzində əldə olunur, amma şirkət, hesaba nizamnamə kapitalı yatırdığı gündən biznesə başlaya bilər.

Şirkətin vergi və mühasibatlıq uçotuna alınması

Ticarət reyestrində qeydiyyata alındıqdan sonra şirkətin fəaliyyəti üçün daha bir neçə nömrə əldə etmək lazımdır:

Steuernummer, USt-Identnummer vergi nömrəsinin daxili və avropa nümunəsi.

Sığorta xidmətləri üçün firmanın Betriebsnummer identifikasiya nömrəsi.

Zollnummer gömrük nömrəsi – ehtiyac olarsa rəsmiləşdirilir.

Nömrənin təyin edilmə müddəti 4 həftə çəkir. Vergi nömrəsi yerli Finanzamt maliyyə xidməti tərəfindən verilir. O, vergi bəyannaməsinin tamamlanması və illik vergi hesabatının verilmsəi üçün lazımdır.

Xaricilər üçün Almaniyada biznesin açılması mühasibatlıq hesabatının düzgün təşkil olunmasını tələb edir. Qaydası üzrə, mühasibatlıq xidməti müəssisənin aylıq real gəlirinə və illik pul dövriyyəsinə əsaslanaraq saat hesabı ilə həyata keçirilir. Hüquqi və fiziki şəxslər üçün tariflər qanunvericilikdə dəqiqliklə razılaşdırılıb.

Mühasibatlıq xidmətlərinin işinin çox vaxt avtomatik rejimdə həyata keçirilməsi sayəsində uçotun aparılması ayda orta hesabla 70 avro edir. Bundan başqa, illik hesabata görə vergi məsləhətçisinə illik 700 avrodan başlayaraq ödəniş etmək lazımdır.

Almaniyada hazır biznes almaq

Avropa Birliyi ölkəsində iş qurmaq cəmiyyətdə yüksək status qazanmağa və yeni tərəfdaşlıq əlaqələri qurmağa imkan verir. Amma bəzi insanlar sıfırdan şirkət açmaqdansa hazır biznes almağa üstünlük verirlər. Almaniyada bunun üçün bütün şərtlər var. Burada, avadanlıqlara, müştəri bazasına və əməkdaşlara malik müəyyən xidmətlər göstərən və ya məhsullar buraxan firma əldə etmək asandır.

Hazır biznes almaq çox sərfəli işdir – ölkənin şaffaf qanunvericiliyi və stabil iqtisadiyyatı bunu təmin edir. Məsələn, Almaniyada sərfəli əmlakdan istifadə çox məhşurdur.

Amma razılıq imzalamazdan qabaq bunlar lazımdır:

Təklifi təhlil etmək.

Sənədləşməni, hesabatı, tərəfdaşlar arasında reputasiyanı və şirkətin kredit tarixini öyrənmək.

Heç bir maneə qarşıya çıxmazsa, müəssisənin inkişafla bağlı biznes-layihəsini təqdim  edərək alış üçün yerli bələdiyyəyə müraciət etmək.

İcazədən sonra mütləq notariusun iştirakı ilə alqı-satqı razılığı imzalanmalı və mülkiyyətin keçirilməsi rəsmiləşməlidir. Sənədləri hər iki tərəf imzalayır və notarius qaydasında  təsdiqlənir. Bundan sonra biznesin alışı başa çatmış hesab olunur.

Qeyd edək ki, Almaniyada müəssisə almaq və satmaq sürətli prosesdir və problemsiz olur. Amma yenə də satıcının fırıldaqçılıq ehtimalının qarşısını almaq üçün biznes alarkən peşəkarlara etibar etmək lazımdır. Kommersiya və yaşayış əmlakı alarkən hüquqi dəstək göstərən çoxlu şirkətlər var. Onların əməkdaşları müştərinin istəyini nəzərə alaraq müəssisəni seçirlər, obyektin qanuniliyini yoxlayırlar və əməliyyatın bütün mərhələlərində alıcını müşayiət edirlər.

Vergi qanunvericiliyi

2008-ci ildə Almaniyada vergi islahatı həyata keçirilir və nəticədə iş adamları üçün çoxlu güzəştlər tətbiq edilir.

Xüsusilə də korporativ gəlir vergisi dərəcəsi (Körperschaftsteuer)15%-ə endirildi. Onu MMC (GmbH) və ya səhm icması (AG)  formasında təsis edilən bütün şirkətlər, eləcə də Almaniyadakı xarici korporasiyaların bütün filialları ödəməlidirlər. Bu dərəcəyə vergi məbləğindən 5,5% əlavə olunur – həmrəyliyə görə müavinət. Nəticədə dərəcə 15,825% olur.

Bundan başqa, şirkətdən bunlar alınacaq:

Umsatzsteuer dövriyyə vergisi və Mehrwertsteuer əlavə dəyər vergisi – 19%;

Gewerbesteuer balıqçılıq vergisi – onun dərəcəsi firmanın hansı bələdiyyə ərazisi üzrə yerləşməsindən asılıdır və 14%-dən 17,15%-ə kimidir;

Einkommnsteuer gəlir vergisi;

Torpaq sahəsi əldə etməyə görə Grunderwerbsteuer vergisi – daşınmaz əmlakla bağlı əməliyyatlar zamanı bu vergi tutulur;

Daşınmaz əmlak vergisi (dəyəri 20 000 avrodan az olan obyektlərə vergi tutulmur).

Etibarlı vergi şərtləri ölkəyə xarici kapital axınına xidmət edir.

İvestisiyalar

Almaniya iqtisadiyyatına səhm qoymaq kapital artımı üçün ən etibarlı vasitədir. İstənilən bir əcnəbi bank əmanətlərinə və ya hazır biznesə vəsait yatıra bilər. Ev, mənzil və ya kommersiya mülkü xərcləri tez bir zamanda ödəyir və uzun illər yüksək gəliri təmin edir. Yer icarəyə götürmək ölkədə həmişə böyük tələblə qarşılanıb, belə ki, almanların bir çoxu bütün həyatı boyu kirayə mənzillərdə yaşayırlar, buna görə də müştəri baxımından korluq çəkmək kimi bir problem yoxdur.

Mülkdən başqa, aşağıdakılar da tez bir zamanda ödənilir:

müddətli bank depozitləri – əmanət açmaq və illik yaxşı faiz əldə etmək mümkündür;

qiymətli kağızlar – dövlət istiqrazları, federal torpaq istiqrazları, bank istiqrazları almaq sərfəlidir;

səhmlər – onları əldə etmək riklidir, amma uğurlu olarsa yaxşı gəlir gətirir.

Yekun

Biznes-mühacirət – çox geniş yayılıb. Almaniyada kifayət qədər kapitalı olan istənilən bir insanın əla perspektivləri var. Əsas odur ki, məqsədin dəqiq bəlli olsun və  pulu düzgün idarə etməyi biləsən: sıfırdan biznes qurmaq, hazır müəssisə almaq və ya başqa yolla iqtisadiyyata vəsait qoymaq.