Böhranlar həmişə olub və olacaq da. Bu, təbii iqtisadi təkamül prosesidir – burada ən əzmkar olanlar qazanırlar, uduzanlar isə unudulub gedirlər.
2020-ci il üçünsə səciyyəvi olan hazırda yaşadığımız virus-neft böhranıdır. Bu böhrandan bizi hansı təhlükələr gözləyir?
Koronavirus səbəbindən dünyada baş verən və günbəgün artan ölüm hallarının sayı artıq bizlərə məlumdur. Bu, elan olunan karantinin 7 aya kimi çəkməsinə gətirib çıxara bilər və qiymətli kağızlar sektorunda özünü göstərən qeyri-stabillik karantin bitənə qədər davam edəcək. Bundan isə alverçilər faydalanırlar, belə ki, ucuz malları onlayn yollarla baha qiymətə satanların sayı artır.
Neft böhranına gəldikdə isə deyə bilərik ki, görünür neftin qiyməti (ucuzlaşma) və valyuta kursları ilə bağlı gələn xəbərlər bizi hələ çox təəccübləndirəcək.
Nəzərə alsaq ki, böhranlar qaçılmazdır, o zaman sahibkarlar da öz fəaliyyətlərində mütəmadi olaraq bir kollaps (böhran) vəziyyətindən digərinə keçən yollarla addımlayırlar və bu yolda müxtəlif gözlənilməz problemlərlə üzləşirlər. Yolu azmamaq üçün özünü tənzimləmək, dəyişmək və daha yüksək sürətlə genişlənməyə davam etmək lazımdır.
Satış və marketinq üçün 17 anti-krizis tövsiyəsi:
1 . Mümkün problemlərin biznesiniz üçün təhlükə risklərini təhlil edin və ehtiyac yaranarsa tamam fərqli sahələrdən və ya şəhərlərdən olan, eyni zamanda bir-biri ilə heç bir əlaqəsi olmayan ən azı 2-3 mütəxəssislə bu barədə məsləhətləşin.
2 . Hadisələrin yaxşı və pis gedişatı ilə bağlı plan tərtib edin. Məsələn: əgər bütün 2020- cil il boyu satışlarda azalma olarsa və ya şəhəriniz karantinə alınarsa biznesiniz necə olacaq? Ölçü götürdüyünüz və ya götürmədiyiniz təqdirdə baş verə biləcək mümkün nəticələri qiymətləndirin.
3 . Heç vaxt reklamı və satışları dayandırmayın. Sadəcə onları vəziyyətə görə tənzimləyin. Məsələn, karantində də distant şəkildə bunu etmək olar!
4 . Mövcud vəziyyətlə bağlı audit (müəyyən meyarlara, norma və standartlara uyğun qiymətləndirmə prosesi) həyata keçirin – marketinqin, satışın, biznes modelin və sair. Reklam kanallarını və effektivliyi yoxlayın. Dəqiq gəlir mənbələrini və pulun ən çox hara xərcləndiyini müəyyən edin.
5 . Müstəqil audit həyata keçirmək vacibdir – o, artıq olanı üzə çıxaracaq. Bütün zəif tərəflər üzərində dərindən işləyəcək və bütün konversiya (adi istifadəçinin müştəriyə çevrilməsi) fəaliyyətlərinin səmərəliliyini görüb onları qərəzsiz şəkildə təhlil edə biləcək bir işçi tapın, elə biri ki, biznesi inkişaf etdirsin.
6 . Zəif kanallara girişməyin. Diqqətinizi, satışdan 80% konversiya gətirən fəaliyyətlərə yönəldin ( 80/20 Pareto qanunu https://banker.az/pareto-qanunu-v%C9%99-ya-8020-prinsipi/). Dayanıqlı bir nəticəyə nail olmaq uğrunda 20%-i qurban verin, bu, statistikanızın üstündən xətt çəkmiş olsa belə.
7 . Məhsulda da 80/20 prinisipinə əməl edin. Əsas məhsulunuzu, yəni, 80% gəlir gətirənini müəyyən edin və onu satın.
8 . Kifayət qədər səmərəli işləməyən “artıq” komanda üzvlərini kənarlaşdırın. Bu zaman da 80/20 prinisipinə sadiq qalaraq onların həmin 20%-ə daxil olduqlarını deyə bilərik.
9 . Təcrübəsiz olanları işə almayın, çünki böhran vaxtlarında sizin onlara işi operativ şəkildə öyrətmək imkanınız olmayacaq. Sizin təcrübəli mütəxəssislər tapmaq imkanınız olacaq – panikaya düşüb ən yaxşı əməkdaşlarını işdən çıxaran şirkətlər olur.
10 . Karantinə alınma ehtimalı olan ərazilərdə tədarük həyata keçirməyin, yəni loqistika (məhsulun, əmtəənin, xidmətin, müştərinin tələbatını ödəmək üçün hər hansı başlanğıc nöqtədən istehlak nöqtəsinə qədər olan hərəkətinin idarə edilməsi prosesi) üçün səmərəsiz bölgələrdən uzaq durun.
11 . Az kapital geri qayıdışı ilə nəticələnəcək zəif layihələrlə məşğul olmayın – zəif olan böhranda “sağ qalmır”.
12 . Pul qazanmaq hədəfinizi sonraya saxlayın. Əsas, insanlara kömək olacaq məhsulları onlara təklif edin və məsələn, italyan sifarişçiləri üçün, nə qədər ki, onlarda karantindir 30% endirim təklif edin. Beləcə, yeni müştərilər, özünüzə qarşı etibar və müsbət reklam qazanmış olacaqsınız.
13 . Artıq olanları kənarlaşdırın: səmərəsiz işçilər; çox böyük ofis; əlavə fayda gətirən, amma bir o qədər də vacib olmayan xidmətlər; tədris; tədbirlər.
14 . Səhmdarlarınızın və borclularınızın (kreditor) ödəmə qabiliyyətlərini yoxlayın.
15 . Verdiyiniz borcların, təxirə salınmış ödənişlərin, avansların geri qayıdıb-qayıtmayacağını aydınlaşdırın; ödənişi edilmiş çatdırılma əldə olunacaqmı və başqaları..
16 . İşçilərinizə çox pul getməsə belə, mütəmadi olaraq təkrarlanan işlərini avtomatlaşdırın, hazır proqramlardan istifadə edin və ya biznes modeliniz üçün uyğun proqram təminatını müstəqil şəkildə özünüz hazırlayın.
17 . Əgər müştərilərinizlə ancaq realda (qeyri-onlayn) əlaqə yaradırsınızsa, onda biznesinizi karantin təhlükəsi gözləyir, necə ki, əksər Avropa ölkələrində bu artıq baş verib. Ona görə də, əgər onlayn müştəriləriniz yoxdursa gecikmədən belələrini tapmağa tələsin! Bu, çox sadədir: sayt açırsınız>reklam alırsınız>müraciətlər gəlir>onları satırsınız>və beləcə təkrarən davam edirsiniz!
Bill Gates də dediyi kimi: “İnternetdə olmayanın karantinə düşmək və müflis olmaq təhlükəsi var”.