Əsas səhifə Biznes Biznes məqalələri 2019-cu ilin məşhur dəb markaları

2019-cu ilin məşhur dəb markaları

110

Biz yeni brendlərin kütləvi şəkildə meydana gəldiyi bir zamanda yaşayırıq. Onlar sürətlə məşhurluq qazanırlar.

Rəqəmsal texnologiya epoxası öz qanunlarını yürüdür – məlumatlar o qədər tez yayılır ki, yeni dəbli brendlər potensial alıcıların qəlbinə qısa yolu tapırlar və az yatırım qarşılığında böyük pərəstişkar auditoriyası qazana bilirlər.

Sosial şəbəkələr, xüsusilə də İnstagram sayəsində, dəb aləmində ən yeni ideyalar anidən bütün dünyaya yayılır, yeni dizaynerlər, dəb layihələri və ya ən son trendlər haqqında məlumatlar yüz minlərlə, hətta milyonlarla potensial alıcıya dərhal çatmış olur.

Brendlərin bəziləri özlərinin qeyri-adiliyi ilə həqiqətən də diqqətləri üzərlərinə çəkə bilirlər.

Jacquemus

Jacquemus qadın geyimləri brendini məşhur fransalı modelyer Simon Porte Jacquemus yaradıb. O ənənəvi fransız dəbinə müasir çalarlar gətirib. Məhsullar geniş çeşidlidirlər. Lakin brendin ən çox sevilən məhsulları orijinal şlyapalar və Chiquito mini-çantalarıdır.

Ganni

Ganni Kopenhagen brendidir. Bu şəhər əvvəllər bir o qədər də dəb və istehlakçılar şəhəri olmayıb.

2000-ci ildə yaranmış brend yenidən işlənmiş klassik geyim modelləri ilə sürətlə diqqətləri üzərinə çəkib. Ganni – gündəlik və ziyafət geyimləri brendidir.

By Far

Çox yeni ayaqqabı brendi olan By Far 2016-cı ildə Avstraliyada meydana gəlib və əsasən sosial şəbəkələr hesabına çox məşhurlaşıb. Bu, nostalji çalarda müasir modellər yaradan qabaqcıl ayaqqabı və çanta brendidir. By Far məhsulları rahatlıq, keyfiyyət və gözəl görünüşlə xarakterizə edilir. Onlardan həm ulduzlar həm də adi insanlar istifadə edirlər.

Attico

Attico brendi 2016-cı ildə italyan küçə üslubunun ulduzları Giorgia Tordini və Gilda Ambrosio tərəfindən yaradılıb. O zaman hələ heç kim təsəvvür belə edə bilməzdi ki, bu brend çox tezliklə dünya üzrə ən çox satışı olan brendlər siyahısına başçılıq edəcək. Rəngli naxışlarla zəngin olan bu brendin geyimləri həmçinin parıltılı materialı və incə tikişi ilə seçilir. Onlar əsl cəlbedici geyimin necə olması ideyasını özündə daşıyır.

Réalisation

Réalisation mağazasında 90-cı illərin üslubunu özündə daşıyan donlara rast gəlmək mümkündür. Maraqlıdır ki, brend saysız-hesabsız kolleksiyalar deyil, tək-tək məhsullar buraxır. Yaradıcılarının sözlərinə görə, bu məhsullar dünyada heç bir alıcının geyim dolabında olmayan geyimlərdir. Bu brendin malları sizin özəl üslubunuza individual əlavə kimi ola bilər.

Amina Muaddi

Amina Muaddi ayaqqabılarına bircə dəfə baxmaq kifayətdir ki, onların niyə belə sürətlə şöhrət qazandığını biləsən. Yaradıcısının adını daşıyan bu brendin ayaqqabıları qeyri-adi quruluşları, parlaq rəngləri və özünəməxsus estetikaları ilə seçilirlər. Əsas özəlliyi isə xüsusi formalı hündür dabanlarıdır. Bu ayaqqabılar istənilən gecədə diqqətlərinə üzərinə çəkmək istəyən hər bir kəs üçün ən ideal seçimdir.

Paris Texas

Paris Texas italyan brendidir, 2015-ci ildə yaradılıb. Fərqli və cəlbedici istehsalatı ilə seçilir. Məhsullarının mahiyyəti qarışıqlıq konsepsiyasına əsaslanır. Bu da özünü ənənəvi olmayan materialların mürəkkəb konstruksiyasında göstərir. Özünü daha rahat və güvənli hiss etmək istəyənlər üçün əla seçim ola bilər.

Nanushka 

Budapeştin Nanushka brendi 2006-cı ildə yaradılıb, lakin yalnız son illər dəb insayderləri arasında  öz yerini tapa bilib. Bu brend müasir insanın gündəlik geyim qarderobunu formalaşdırır. Nanushka – Şərqi Avropa ölkələrində də həqiqətən dəbli əşyalar yaradıla bilməsinə bir nümunədir.

Saks Potts

Saks Potts – ekstravaqant və müasir qadın geyimləri brendi. Kopenhagen şəhərində yaradılıb. Brendin məhsulları qeyri-adi estetika, əlvan rənglər, yumşaq və zərif material və yüksək keyfiyyət kimi özəlliklərə malikdir. Saks Potts-un missiyası minimalistik skandinav üslubunda qeyri-ənənəvi məhsullar təqdim etməkdir.

Rowen Rose

Bu fransız ticarət markası – İnstagramın möcüzələr yarada bilməsinə nümunədir.Onun barəsində ilk dəfə 2018-ci ilin  yayında danışılıb. Lakin Rowen Rose geyimini yalnız 2019-cu ilin fevralında əldə etməkm mümkün olur. Brendin geyimləri qlamurluqla romantikanın qeyri-adi və cəlbedici vəhdətini özündə daşıyır. Geyimlər çox fərqli olsalar belə, gündəlik geyinmək üçün də uyğundurlar.

Rotate

Daha bir Kopenhagen markası. Bu brend də skandinaviya minimalizmini əks etdirir. Onun adı altında ucuz qiymətə gündəlik qadın geyimləri buraxılır. Rotate brendi geyimləri cəlbedici dizaynı, qeyri-adi silueti və incə materialı ilə fərqlənir. Rəngləri isə parlaq tonlardadır.

Rixo

Əgər siz 70-ci illərin britaniya dəbinin pərəstişkarısınızsa o zaman Rixo geyimləri tam sizə görədir. Londondan olan bu brend daim çoxlu parlaq rəngləri olan və çox qeyri-adi rəsmli geyimlər təqdim edir. Rixo  məhsulları qarışıq üslubdadır və ona çoxlu müasir ideyalar əlavə edilib.

The Line by K

Adının fərqliliyi dərhal  bu ad altında istehsal olunan geyimlərin qeyri-adilikləri ilə fərqlənməsini başa düşməyəimkan verir. Brend, məşhur bloger Karla Deras-ın dizayna olan baxışlarını digər qadınlarla bölüşmək ehtiyacını hiss etdiyi bir vaxtda, 2015-ci ilin yazında meydana gəldi. Brendin məhsulları rahatlıq, keyfiyyət və eleqantlıq nümunəsidirlər.

Orseund İris

Şirkətin əsasını qoyan Alana Johnson qarderoba, müasir görünməklə yanaşı nostalji hisslər də ötürən əsas elementlər daxil etməyə can atır. Bu brend adı altında  yüngül atlas topiklərdən tutmuş qalın toxunma sviterlərə qədər geniş geyim çeşidləri buraxılır. Belə bildirilir ki, bu ticarət markasının bütün məhsulları öz üslubu və həyatında maraqlı olan özgüvənli qadınlar üçün yaradılıb.

Anemone

Anemone brendi bir o qədər də yeni brend deyil, onun 10 ilə yaxın tarixi var və çimərlik geyimləri istehsal edir. Məhsulları İnstagram hesabına məşhur olub. Anemone dəbli iç geymləri, tikişsiz geyimlər və çimərlik geyimləri təqdim edir – onun məhsullarını bütün dünya qadınları qiymətləndiriblər. Brend  Cənubi Koreyaya məxsusdur.

 

 

 

 

 

Rəy bildir

Please enter your comment!
Please enter your name here