2019-cu ilin yekunlarına əsasən, dünyanın ən zəngin illuziyaçılarının adı açıqlanıb.
“Forbes” xəbər verir ki, amerikalı Devid Kopperfild reytinqdə ən çox məvacib alan sehrbaz kimi yer alıb.
Onun sərvəti 875 milyon dollar kimi qiymətləndirilib. Kopperfild 2018-ci ilin yayından 2019-cu ilin yayına qədər 654 şou təşkil edib. Bu şoulardan sehrbaz 60 milyon dollara yaxın gəlir əldə edib. Bununla yanaşı, Kopperfild Karib dənizində öz kurortu olan Maşa Keydə eksklüziv turlar və konsertlər üçün milyonlarla pul qazanır. Ümumilikdə Baham adalarında sehrbaz 11 adaya sahibdir.
Siyahının ikinci pilləsində Penn və Teller sehrbaz dueti qərarlaşıb. Onlar öz şəxsi teleşoularında və Las-Veqasdakı çıxışları ilə 28 milyon dollar qazanıblar. İlk üçlüyü “The İllusionists” qrupunun üzvləri tamamlayıb.
Ən çox qazanan illüziyaçıların siyahısına, həmçinin, pranker teleşou aparıcısı Maykl Karbonaro və “Mindfreak” realiti-şousunun ulduzu Kriss Encel də daxil olub.