Əsas səhifə Biznes Biznes məqalələri 2019-cu ilin ən bahalı futbol klubları. Forbes reytinqi

2019-cu ilin ən bahalı futbol klubları. Forbes reytinqi

268
futbol
futbol

İki illik fasilədən sonra “Real Madrid” yenidən dünyanın ən bahalı futbol klubu olub. Onun dəyəri 4,24 milyard dollardır.

Dünyanın ən bahalı futbol klublarına pul hələ də su kimi axır, çünki hər oyun vaxtı, xüsusilə də UEFA çempionlar Liqası zamanı stadionlara və televiziya ekranları qarşısına çoxlu azarkeş kütləsi toplaşır.

Sponsorlar çoxlu pul qoymağa hazırdırlar ki, onların şirkətlərinin adları ictimaiyyətdə müəyyən futbol klubları ilə birgə çəkilsin. Onlar başa düşürlər ki, futbolçuları, obrazları milyardlarla azarkeşin yaddaşına yaxşı həkk olunmuş bilbordlarla müqayisə etmək olar.

Bildirilir ki, “Real Madrid” bu yaxınlarda öz brendindən istifadə hüququnu Providence Equity şirkətinə, ilk dörd ilə görə öncədən ödənilən 224 milyon dollar qarşılığında satıb. Keçən fəsildə “Barselona” futbol klubunun yeni titullu sponsoru Yaponiyanın Rakuten internet-şirkəti olub. “Barselona” –nın futbol köynəklərində öz loqotipinin əks olunmasına görə o, 246 milyon dollar ödəyib. Bundan başqa, “Barselona” “Nike”la da 10 illik bir müqavilə bağlayıb və buna əsasən katalonlar hər il  bu idman malları istehsalçısından minimum 174 milyon dollar əldə edəcəklər.2018-ci ilin sonunda “ Yuventus” “Adidas”la olan müqaviləsinin müddətini 8 il daha artırdı. Əməliyyatlrın dəyəri 457 milyon dollardır.

1.Real Madrid

Dəyəri: 4,24 milyard

Bir ilə fərq: 4%

Borc-dəyər nisbəti: 1%

Gəlir: 896 milyon dollar

Əməliyyat gəliri: 112 milyon dollar

Real Madrid
Real Madrid
  1. Barselona

Dəyəri: 4,02 milyard dollar

Bir ilə fərq: –1%

Borc-dəyər nisbəti: 0%

Gəlir: 824 milyon dollar

Əməliyyat gəliri: 37 milyon dollar

 barcelona

barcelona
  1. Mançester Yunayted

Dəyəri: 3,81 milyard dollar

Bir ilə fərq: 8%

Borc-dəyər nisbəti: 19%

Gəlir: 795 milyon dollar

Əməliyyat gəliri: 238 milyon dollar

Mançester Yunayted
Mançester Yunayted

4. Bavariya ( Münxen)

Dəyəri: 3,02 milyard dollar

Bir ilə fərq: 1%

Borc-dəyər nisbəti: 0%

Gəlir: 751 milyon dollar

Əməliyyat gəliri: 129 milyon dollar

Bavariya ( Münxen)
Bavariya ( Münxen)
  1. Mançester Siti

Dəyəri: 2,69 milyard dollar

Bir ilə fərq: 9%

Borc-dəyər nisbəti: 0%

Gəlir: 678 milyon dollar

Əməliyyat gəliri: 168 milyon dollar

Mançester Siti
Mançester Siti
  1. Çelsi (London)

Dəyəri: 2,58 milyard dollar

Bir ilə fərq: 25%

Borc-dəyər nisbəti:0 %

Gəlir: 597 milyon dollar

Əməliyyat gəliri: 127 milyon dollar

Çelsi (London)
Çelsi (London)

Dəyəri: 2,27 milyard dollar

  1. Arsenal ( London)

Bir ilə fərq: 1%

Borc-dəyər nisbəti: 11%

Gəlir: 520 milyon dollar

Əməliyyat gəliri: 102 milyon dollar

Arsenal ( London)
Arsenal ( London)
  1. Liverpul

Dəyəri: 2,18 milyard dollar

Bir ilə fərq: 12 %

Borc-dəyər nisbəti: 3%

Gəlir: 613 milyon dollar

Əməliyyat gəliri: 128 milyon dollar

Liverpul
Liverpul
  1. Tottenham Hostpur (London)

Dəyəri: 1,62 milyard dollar

Bir ilə fərq: 31%

Borc-dəyər nisbəti: 37 %

Gəlir: 511 milyon dollar

Əməliyyat gəliri: 212 milyon dollar

Tottenham Hostpur (London)
Tottenham Hostpur (London)
  1. Yuventus (Turin)

Dəyəri: 1,51 milyard dollar

Bir ilə fərq: 3%

Borc-dəyər nisbəti: 9%

Gəlir: 480 milyon dollar

Əməliyyat gəliri: 47 milyon dollar

 Yuventus

Yuventus
  1. Pari Sen-Jermen (Paris)

Dəyəri: 1,09 milyard dollar

Bir ilə fərq: 12%

Borc-dəyər nisbəti: 0%

Gəlir: 646 milyon dollar

Əməliyyat gəliri: 53 milyon dollar

Pari Sen-Jermen (Paris)
Pari Sen-Jermen (Paris)
  1. Atletiko (Madrid)

Dəyəri: 953 milyon dollar

Bir ilə fərq: 12%

Borc-dəyər nisbəti: 23%

Gəlir: 363 milyon dollar

Əməliyyat gəliri: 38milyon dollar

Atletiko (Madrid)
Atletiko (Madrid)
  1. Borrusiya (Dortmund)

Dəyəri: 896 milyon dollar

Bir ilə fərq: -1%

Borc-dəyər nisbəti: 0%

Gəlir: 379 milyon dollar

Əməliyyat gəliri: 14 milyon dollar

Borrusiya (Dortmund)
Borrusiya (Dortmund)

14. Şalke 04 (Qelzenkirxen)

Dəyəri: 683 milyon dollar

Bir ilə fərq: -3%

Borc-dəyər nisbəti: 12%

Gəlir: 291 milyon dollar

Əməliyyat gəliri: 13 milyon dollar

Şalke 04 (Qelzenkirxen)
Şalke 04 (Qelzenkirxen)
  1. İnter Milan

Dəyəri: 672 milyon dollar

Bir ilə fərq: 11%

Borc-dəyər nisbəti: 50 %

Gəlir: 335 milyon dollar

Əməliyyat gəliri: 73 milyon dollar

İnter Milan
İnter Milan
  1. Roma (Rim)

Dəyəri: 622 milyon dollar

Bir ilə fərq: 1%

Borc-dəyər nisbəti: 41%

Gəlir: 298 milyon dollar

Əməliyyat gəliri: 25 milyon dollar

Roma (Rim)
Roma (Rim)

17. Vest Xem Yunayted ( London)

Dəyəri: 381 milyon dollar

Bir ilə fərq: -18%

Borc-dəyər nisbəti: 10%

Gəlir: 236 milyon dollar

Əməliyyat gəliri: 49 milyon dollar

Vest Xem Yunayted ( London)
Vest Xem Yunayted ( London)
  1. Milan

Dəyəri: 583 milyon dollar

Bir ilə fərq: -5%

Borc-dəyər nisbəti: 42 %

Gəlir: 248 milyon dollar

Əməliyyat gəliri: 27 milyon dollar

Milan
Milan
  1. Everton (Liverpul)

Dəyəri: 476 milyon dollar

Bir ilə fərq: 32%

Borc-dəyər nisbəti: 0%

Gəlir: 254 milyon dollar

Əməliyyat gəliri: 11 milyon dollar

Everton (Liverpul)
Everton (Liverpul)
  1. Nyukasl Yunayted

Dəyəri: 381 milyon dollar

Bir ilə fərq: –

Borc-dəyər nisbəti: 0%

Gəlir: 240 milyon dollar

Əməliyyat gəliri: 79 milyon dollar

Nyukasl-Yunayted
Nyukasl-Yunayted

Telekanallara isə oyunların yayımlanması hüququnu əldə etmək üçün çoxlu pul ödəmələri lazımdır, əsas da çempionlar Liqasının yayımlanması üçün. 2017-ci ildə “Turner Sports” və “Univision”  şirkətləri ABŞ-da üç il ərzində çempionlar Liqası oyunlarının yayımlanmasına xüsusi hüquq əldə etdi və bu müddət də fəsil üzrə 2018/2019 illərlə başlayır. “Turner Sports” və “Univision” oyunların yayımlanmasına görə ildə təxminən 100 milyon dollar ödəyirlər və bu da əvvəllər Fox şirkətinin ödədiyindən iki dəfə çoxdur. 2018/2019 UEFA çempionlar Liqasının mükafat fondu rekord 2,28 milyard dollar təşkil eidb və bu da keçən ilkindən 30% çoxdur. Çempionlar Liqasının finalçıları “Liverpul” və “Tottenham Hotspur” 104 milyon dollardan 117 milyon dollara qədər qazanırlar.

Tamaşaçılar da bir çox milli oyunları və beynəlxalq çempionatları izləməyə görə pul ödəməli olurlar. Futbol oyunlarına ödənişli izləmə buraxaraq iri şirkətlər ya  öz gəlirlərini (Amazon) artırmaq ya da idman auditoriyasını (Facebook) genişləndirmək istəyirlər.

Futbol klubları çoxlu  pul qazandıqları üçün futbolçuların və menecerlərin qazancı daim artır.Bundan başqa futbolda stadion adlarının satışından da qazanmaq olar. Bu yaxınlarda “Duff and Phelps” konsaltinq şirkətinin apardığı araşdırmaya görə, keçən fəsil İngilis Premyer-liqasının yerli stadion adlarının satışı üzrə iş quran altı futbol klubu (“Bormut”, “Arsenal”, “Brayton və Xouv Albion”, “Xaddersfild Taun”, “Lester Siti” və “ Mançester Siti”) 57 milyon dollar qazanıb. Duff and Phelps analitikləri belə hesab edirlər ki, İngilis Premyer-liqasının qalan 14 komandası, öz stadionlarının adını satsaydılar 127 milyon dollar qazana bilərdilər. Bununla belə, “Mançester Yunayted” yerli stadionunun adını dəyişməyə görə sponsorlar 35 milyon dollar ödəməli olacaqdılar.

Nəticədə, dünyanın 20 ən bahalı futbol klubunun orta dəyəri təxminən 1,75 milyard dollardır və bu da keçən ilkinə nisbətdə 3,4% çoxdur. 2017/2018 illəri sezonunda bahalı klubların top 20-liyinin orta gəlir və əməliyyat gəlirləri ( fazilər, vergilər, əsas vəsaitlərin və qeyri-maddi aktivlərin amortizasiyası hesabı ilə) müvafiq olaraq 499 milyon dollar və 77 milyon dollar olub.

İki illik fasilədən sonra yenidən dünyanın ən bahalı futbol klubu olan “Real Madrid”in dəyəri 4,24 milyard dollar təşkil edib.2018-ci ildə çempionlar Liqasında ardıcıl olaraq üçüncü dəfə qalib gəldiyinə görə bu klub 100 milyon dollar qazanıb. Bildirilir ki, tezliklə bu ispan klubu futbol tarixinin ən gəlirli anlaşmasını həyata keçirəcək. “Adidas” şirkəti 12 il əzində “Real”a 1,8 milyard dollar ödəməli olacaq.

2017/2018 sezonunda Çempionlar Liqasında ən çox qazanan klublar arasında birincilik “Real”a (100,8 milyon dollar) məxsusdur. Onu ardınca “Roma”(95,3 milyon dollar), “Liverpul” ( 92,4 milyon dollar), “Yuventus” ( 91 milyon dollar) və “Bavariya” ( 80,1 milyon dollar) gəlirlər. Oyuna biletlərin satışından gələn gəlirə görə isə lider “Barselona”(809 milyon dollar), “Real” ( 729 milyon dollar) və “Mançester Yunayted”dir. (655 milyon dollar). Oyunların yayımlanması hüququnun satışına görə ilk üçlüyü “Real” ( 1,28 milyard dollar ), “Mançester Yunayted”(1,26 milyard dollar) və “Barselona” ( 1.25 milyard dollar) tuturlar. Ticarət dəyərinə görə ( sponsorlardan, klubun simvolu olan malların satışından və s. gələn gəlirlərin hesabı ilə),  liderlər üçlüyündə yenə də “Real” (1,508 milyard dollar), “Barselona” (1,501) və “Mançester Yunayted” (1,45 milyard dollar) yer alırlar.

Reytinqi diqqətlə izləyənlər üçün dünyanın beş ən bahalı idman klubunun da adlarını söyləmək olar:

1 . “Dallas Kovboys” ( amerikan futbolu): 5,0 milyard dollar

2 . “Nyu-York Yankiz” (beysbol): 4,6 milyard dollar

3 . “Real Madrid” ( futbol): 4,2 milyard dollar

4 . “Barselona” ( futbol): 4,0 milyard dollar

5 . “Nyu-York Niks” (basketbol): 4,0 milyard dollar

 

Rəy bildir

Please enter your comment!
Please enter your name here