Əsas səhifə Biznes Biznes məqalələri 2019-cu ildə sosial şəbəkələrdə paylaşımlar üçün ən uyğun vaxt hansıdır?

2019-cu ildə sosial şəbəkələrdə paylaşımlar üçün ən uyğun vaxt hansıdır?

594
Paylaş

Sprout Social şirkəti sosial şəbəkələrdə paylaşımlar etmək üçün ən uyğun vaxtı müəyyən edərək, hesabat işləyib hazırlayıb. Hesabata burdan daxil olub baxa bilərsiniz. 

Facebook

Facebook sosial şəbəkəsində çərşənbə axşamı günü saat 11:00-dən 13:00-ə qədər aktiv istifadəçilərin sayı daha çox olur. Cümə axşamı və cümə günlərində həmçinin nisbətən yüksək qarşılıqlı əlaqə izlənilir. Ümumiyyətlə, iş günləri 9:00-dan 15:00 qədər paylaşımlar üçün ən münasib vaxtdır. 

Instagram

Instagram üçün ən münasib vaxt çərşənbə günü saat 11:00-də və cümə günü 10:00-dan 11:00 qədər olan dövrü əhatə edir. Ümumiyyətlə qeyd etmək olar ki, insanlar iş yerlərinə çatandan sonra daha aktiv olurlar. Paylaşımlar üçün ən uyğunsuz vaxt isə həftə sonudur. 

Twitter

Twitter sosial şəbəkəsinin qaydaları fərqlidir: burada çərşənbə və cümə günləri 10:00-11:00 saat aralığı yox, 9:00 daha aktualdır. Paylaşımlar üçün iş günlərini, 8:00-16:00 saat aralığını seçməyiniz məqsədəuyğundur. Ən aşağı aktivlik 22:00-dan sonra qeydə alınıb. 

LinkedIn

LinkedIn-də ən uyğun vaxt çərşənbə günü saat 9:00-10:00 və 12:00 sayılır. Ümumilikdə isə uyğun vaxt dedikdə çərşənbə axşamı günüdən cümə gününə qədər saat 9:00-11:00, çərşənbə və cümə axşamı günü 12:00 və 16:00 götürülür. 

Nəticə: Sosial şəbəkələrdə paylaşım etmək istəyirsinizsə, universal bir vaxt axtarmayın. Hər şey sizin auditoriyanızdan, fəaliyyət sahənizdən və məhsuldan asılıdır. Əgər tədqiqat aparmağa imkanınız yoxdursa, paylaşımları çərşənbə və cümə günlərinin birinci yarısında edin.