Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər 2019-cu ildə Saatlı rayonunda yeni aqropark istifadəyə veriləcək

2019-cu ildə Saatlı rayonunda yeni aqropark istifadəyə veriləcək

913
Paylaş

«ID-Aqropark» şirkəti 2019-cu ildə Saatlı rayonunda yeni aqropark istifadəyə verməyi planlaşdırır.

«Saatlı rayonunda aqroparkın birinci mərhələsinin 2019-cu ildə istifadəyə verilməsi planlaşdırılır. Bu məqsədlə aqroparka dövlət dəstəyi çərçivəsində 10 milyon manat güzəştli kredit verilib», – deyə “İD – Aqropark” MMC-nin təsərrüfat rəhbəri Sədafər Hüseynov bildirib.

Onun sözlərinə görə, aqroparkın sahəsi 7 min ha təşkil edəcək. Şirkət tərəfindən 5000 hektar sahədə arpa, buğda, qarğıdalı, soya, günəbaxan və digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, 1000 hektar sahədə nar və 500 hektar sahədə badam bağlarının salınması nəzərdə tutulur”, – deyə təsərrüfat rəhbəri qeyd edib.

O əlavə edib ki, “ID-Aqropark” “Aqrolizinq” ASC-nin köməyi ilə müasir standartlara cavab verən 38 adda müxtəlif növ kənd təsərrüfatı texnikası alıb.