Əsas səhifə Şirkətlər 2019-cu ildə bağlanan 14 startap

2019-cu ildə bağlanan 14 startap

122
Paylaş

TechCrunch yüzilliyin sonuna qədər gedib çıxmamış “ən böyük və ən maraqlı” startapların siyahısını təqdim edib. Nəşriyyat iri İT-korporasiyaları layihələrinə deyil, azad şirkətlərə yönəlib.

Anki (2010-2019)

İnvestisiyanın ümumi məbləği: 182 mln. dollar

Anki 2016-cı ildə özünün ilk Cozmo robotunu buraxır. Onun hazırlanmasında köhnə Pixar və Dreamworks animatorları iştirak ediblər. Onlar robotda emosiyaların geniş spektrda işlənməsini təmin ediblər. Amma 1,5 milyon robot satmasına baxmayaraq startap bağlanmalı olur.

Chariot (2014-2019)

İnvestisiyanın ümumi məbləği: 3 mln. dollar. Ford startapı 2017-ci ildə alır.

Chariot “shuttle”-mikroavtobuslar təqdim edib, marşrutlar kraudsorsinqə (insan kütləsinin iştirakı ilə) əsaslanırdılar. Startap yeni ictimai nəqliyyat yaradacağına ümid edirdi, amma Ford onu bağlayır və bunu belə izah edir: “müasir mobil şərtlərlə müştərilərin və şəhərlərin tələbatları tez-tez dəyişir”.

Daqri (2010-2019)

İnvestisiyanın ümumi məbləği:132 mln. dollar

AR-qarnitura istehsal edən startap çoxlu pul tələb edirdi, amma kifayət qədər korporativ müştəri cəlb edə bilmədi.

HomeShare

İnvestisiyanın ümumi məbləği: 4,7 mln. dollar

Bu startap sürətlə artan mənzil xərcləri problemini həll etmək istəyirdi. Şirkət otaqlarda bir-birinə mane olmadan çoxlu adamların yaşaya bilməsini təmin etmək üçün onlarda arakəsmələr yerləşdirirdi. HomeShare-nın məlumatına görə, martda müştəri sayı minə çatmışdı.

Jibo (2012-2019)

İnvestisiyanın ümumi məbləği: 72,7 mln. dollar

Startap, sosial robotlar istehsal edib və uğurlu kraudfandinq (kütləvi maliyyələşdirmə) kampaniyasına, həmçinin, cəlb etdiyi xeyli vençur kapitala baxmayaraq bağlanıb.

MoviePass (2011-2019)

İnvestisiyanın ümumi məbləği: 68,7 mln. dollar. Məlumatların təhlili şirkəti olan “Helios and Matheson” 2017-ci ildə startapı alır.

Bu startap kinoya bilet alışı üzrə xidmət təklif edib. Başladığı andan bəri problemlərlə üzləşib – məlmatların sızması, pul itkisi. Daha sonra isə borc alır, xidmətini məhdudlaşdırır və iflasa uğrayır. Şirkət bağlananda TechCrunch bunu “mərhəmətli addım” adlandırır.

Munchery (2010-2019)

İnvestisiyanın ümumi məbləği: 125 mln. dollar

Qida çatdırılması xidməti müştərilərə tezliklə bağlanacağını bildirəndən sonra tədarükçülər çoxsaylı ittihamlara əl atırlar. Startap onlara son ana kimi işləməyə icazə verirdi, amma xəbərdarlıq etmişdi ki, pul verə bilməyəcək. Bu da məsuliyyətlə bağlı mübahisələrə səbəb oldu.

Nomiku (2012-2019)

İnvestisiyanın ümumi məbləği: 145 min. dollar

Bu qida startapı sous-vide vakuum sirkulyatoru istehsal edib – yeməklərin vakuumda hazırlanmsı metodu. Nomiku Samsung Ventures-i maliyyələşdirib, şirkət qidalanma üzrə planlar hazırlamağı düşünürdü, amma rəqabətə görə bağlandı.

ODG (1999-2019)

İnvestisiyanın ümumi məbləği: 58 mln. dollar

AR-eynəklər bazarında pioner olan bu startap bir ildən də az bir müddətdə bütün büdcəni tükətdi və əməkdaşlara ödəniş edə bilmədi. 2018-ci ildə işçilərin yarısı şirkəti tərk edir.

Omni (2014-2019)

İnvestisiyanın ümumi məbləği: 35,3 mln. dollar

Əvvəl Omni fiziki saxlanc xidməti təklif edib. Sonra isə uğursuz olsa da white-label platformasını yaratmağa cəhd edir. Bu platforma riteylerlərə yaşayış yeri icarəsi imkanı yarada bilərdi.

Scaled Inference (2014-2019)

İnvestisiyanın ümumi məbləği: 17,6 mln. dollar

Startapı “Google”un keçmiş əməkdaşları Dmitriy Lepixin və Olkan Serçinoğlu yaradıblar. Onlar maşın öyrənilməsi və süni zəka əsasında “Google”da istifadə olunana oxşar texnologiya yaratmağı və bulud xidməti hazırlamağı planlaşdırırdılar. Bağlanma səbəbi kifayət etməyən kommersiya cəlbetməsinə görə pulun çatmaması olur.

Sinemia (2015-2019)

İnvestisiyanın ümumi məbləği: 1,9 mln. dollar

Bu biletlər alışı üzrə xidmət əvvəl MoviePass-dan daha güvənli görünürdü, amma sonra istifadəçilər onun iş keyfiyyətindən şikayət etməyə başladılar.Tətbiqdəki gizli ödəmələr və hesabların ləğvi siyasətinə görə məsələ məhkəməyə qədər gedib çıxır.

Unicorn Scooters (2018-2019)

İnvestisiyanın ümumi məbləği: 150 min. dollar

Elktrosamokatlar istehsalı üzrə startap bütün pulunu Facebook və Google-da reklamlara xərcləyir. Onun hətta pulu ödənilmiş sifarişlərin çatdırılmasına belə vəsaiti qalmayıb.

Vreal (2015-2019)

İnvestisiyanın ümumi məbləği: 15 mln. dollar

Vreal “gamer”lər üçün striminq-platforma olub. VR-startap video-oyun aləminin araşdırmağa imkan verirdi: istifadəçilər passiv müşahidəçilər qismində ətraf aləmi öyrənə və avatar kimi strimer oyunlarında “gəzə” bilirdilər. Şirkətdən bildiriblər ki, startap, zamanı qabaqladığı üçün bağlanmalı olub.