Əsas səhifə Biznes Biznes məqalələri 2019-cu il startaplar üçün ən yaxşı şəhərlərin top 10-luğu

2019-cu il startaplar üçün ən yaxşı şəhərlərin top 10-luğu

116

Startup Genome mütəxəssisləri illik 2019 Global Startup Ecosystem Report araşdırmasını həyata keçiriblər. Araşdırma çərçivəsində dünyada 2019-cu il ürzə startapların inkişafı üçün ən yaxşı ekosistemlərin adları açıqlanıb.

Araşdırmaçılar 7 kriteriyaya əsaslanıblar və onlar da nailiyyət, maliyyələşmə, bazar üçün araşdırma, əlaqə, istedad, təcrübə və bilikdir.

Aşağıda biz startapların inkişfı üçün 10 ən yaxşı dünya şəhəri ilə tanış olacağıq

10 . Berlin

Bugün Berlin dünya mədəniyyət mərkəzi hesab olunur. O, Avropanın iri nəqliyyat punktu və qitənin ən çox baş çəkilən şəhərlərindən biridir. Unversitetlər, araşdırma institutları və muzeyləri bütün dünyada tanınır. Şəhərdə rəssamlar, diplomatlar və planetin hər yerindən mühacirlər yaşayır və işləyirlər.

Berlin təkcə Almaniyanın deyil bütün Arvopa Birliyinin iri iqtisadi mərkəzidir. Burada əsasən radioelektronika sənayesi, maşınqayırma, yol tikintisi sahəsi inkişaf edib, şəhər əsas ticarət mərkəzidir və burada beynəlxalq ticarət yarmarkaları, sərgilər keçirilir.

9 . Paris

Paris Fransanın əsas iqtisadi mərkəzidir, burada ümumdaxili məhsulun 10%-i istehsal olunur.  Bütün istehsalçı müəssisələrin demək olar ki, dörddə biri burada öz ofis və əsas mərkəzlərini açıblar.

Şəhərdə 1,64 milyon iş yeri ilə 349 min müəssisə  yaradılıb. İş yerlərinin əksəriyyəti xidmət sahəsinə aiddir.

Sənayenin fəal surətdə ölkədən kənara çıxmasına baxmayaraq, o hələ də 100 minə yaxın iş yerini təmin edir.

Bir o qədər də iş yeri xidmət ( 35%), istehsal (30%), tikinti (20%) və qida (15%) sahələri üzrə kiçik müəssisələrə ayrılıb.

8 . Şanxay

Şanxay Çinin maliyyə və ticarət mərkəzidir. Şəhər Çinin Qərblə əsas əlaqə qovşağıdır.

Buna nümunə kimi Qərb və Çin səhiyyə institutları arasında tibbi biliklərin mübadiləsi üzrə Pac-Med Medical Exchange məlumat mərkəzinin açılışını demək olar.

Şanxayda iri beynəlxalq ticarət və  mehmanxana əraziləri var. Əhalinin və bura gələnlərin sayının çox olmasına baxmayaraq Şanxay əcnəbilərə münasibətdə cinayətkarlıq hallarının ən az rast gəlindiyi şəhərdir.

7 . Los-Angeles

Loa-Angeles ən iri mədəniyyət, elm, iqtisadiyyat və təhsil mərkəzlərindən biridir. Şəhər həm də kino, teatr, musiqi, ədəbiyyat və televiziya sahələrində də dünyanın ən iri sənaye punktalrından biridir.

Burada şəhərin iqtisadi inkişafına təkan verən əsas sahələr beynəlxalq ticarət, kino və televiziya sənayesi, hərbi, aviasiya-kosmik, neft emalı, elektrotexnika, avtomobil yığımı, alətlərin hazırlanması və qida sənayesidir.

6 . Təl-Əviv

Bu şəhər hər kvadrat metrdə rast gəlinmə sayına görə dünyanın startap liderlərindən biridir.

Burada çoxlu elmi və texnoloji mərkəzlər, yüksək texnologiyalar sahəsində işləyən firmalar var.

Onların arasında Google, Microsoft və Teva kimi şirkətlər də var. Şəhərdə Təl-Əviv mərkəzi yarmarkası var və burada iri texnoloji sərgilər keçirilir.

5 . Boston

Şəhərin əsas iqtisadi sahələri maliyyə, bank və sığorta sahələridir. Bostonda Fidelity Investments, Sovereign Bank  və State Street Corporation şirkətlərinin baş ofisləri yerləşir.

Şəhər həm də ABŞ-da ən iri nəşriyyat  fəaliyyəti göstərən mərkəzlərdən biridir. Burada Houghton Mifflin Harcourt, Bedford-St. Martin’s və Beacon Press kimi nəşriyyatlar var.

Boston dünyanın ən iri təhsil mərkəzlərindən biridir. İnfrastrukturanın və yüksək keyfiyyətli işçi  qüvvəsinin inkişafı hesabına şəhər biotexnologiya, mikroelektronika və yeni materialların hazırlanması kimi müasir sahələrdə dünya liderlərindən birinə çevrilib.

4 . Pekin

Pekin ÇXR-in siyasi, təhsil və mədəniyyət mərkəzidir.

Son zamanlar şəhər əsas sahibkarlıq fəaliyyəti göstərən və innovativ müəssisələr yaradan meydançaya çevrilib.

3 . London

London yüksək rütbəli dünya şəhəri siyahısına daxildir və həmçinin dünyanın aparıcı maliyyə mərkəzidir. Onun iqtisadiyyatı ölkə iqtisadiyyatının beşinci hissəsini təşkil edir.

London sərmayə baxımından cəlbedici şəhərlərdən biridir və burada bütün dünya şəhərləri arasında yüksək xalis kapitallı çoxlu beynəlxalq ticarət şirkətləri və şəxslər qeydiyyatdan keçiblər.

2 . Nyu-York

Nyu-York ABŞ-ın və bütün dünyanın  ən əsas iqtisadi mərkəzlərindən biridir. 

Citigroup, J.P. Morgan Chase & Co., American International Group, Goldman Sachs Group, Morgan Stanley, Merrill Lynch kimi  maliyyə təşkilatları bu şəhəri özlərinin mərkəzi ofisləri üçün məkan seçiblər.

Bundan başqa Verizon Communications, Pfizer, Alcoa, News Corp., Colgate-Palmolive və başqa bu kimi qeyri-maliyyə korporasiyalarının da baş ofisləri burada yerləşir.

Şəhərdə məşhur Nyu-York fond birjası, NASDAQ, Amerika fond birjası, Nyu-York məhsul birjası və Nyu-York ticarət palatası yerləşir.

1 .Silikon Vadisi

Bura texnologiya mərkəzidir. Bu, buradakı aparıcı universitetlərin olması ilə əlaqədardır. Həm də iri şəhərlərinin arasındakı məsafə bir saatdan azdır.

Bura ABŞ-da edilən vençur kapital qoyuluşunun üçdə ikisinə sahibdir.

Silikon Vadisində bir çox texnoloji şirkətlərin əsas ofisləri yerləşir və onlar da müxtəlif vaxtlarda Fortune 1000 siyahısına düşüblər.

Rəy bildir

Please enter your comment!
Please enter your name here