“Nikoil Bank” 2018-ci il üçün maliyyə göstəricilərini açıqlayıb.
“Bizplus.az” “Fed.az”-a hesabata əsasən xəbər verir ki, bankın 2018-ci il üçün faiz gəlirləri 68 mln 136,8 min manat, faiz xərcləri 15 mln 508,1 min manat təşkil edib. Və xalis faiz gəlirləri 2018-ci ildə ötən ilə nəzərən 11,99% artaraq 52 mln 628,7 min manata yüksəlib. Hesabat dövrü üçün qeyri-faiz gəlirləri 7 mln 689,2 min manat olarkən, qeyri-faiz xərcləri isə 23 mln 362,6 min manat olub.
Bütün bu rəqəmlər nəzərə alınan zaman əməliyyat mənfəəti hesabat dövründə ötən illə müqayisə də 29,35% artaraq 36 mln 955,2 min manata çatıb.
Amma bu dövrdə bankın aktivlər üzrə mümükün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaları (xərclər) 5,5 dəfə artaraq 172 mln 155,9 min manat olub.
Yekunda bank 2018-ci ili 135 mln 200,6 min manat zərərlə başa vurub. Xatırladaq ki, “Nikoil” bank 2017-ci ili 2 mln 708,6 min manat zərərlə başa vurmuşdu. Hesabat dövründə ötən ilə nisbətən 49,91 dəfə artan zərər.Bu zərərin əsas səbəbi isə aktivlər üzrə ayırmaların ötən ilə nisbətən 5 dəfə çox olması olub.
“Bizplus.az” “FED.az”-ın “Nikoil Bank”ın “Balans” hesabatına əsasən verdiyi xəbərə əsasən bildirir ki, bankın 2018-ci il üzrə cəmi aktivləri ötən ilə nəzərən 4,64% azalaraq 417 mln 40,2 min manat, cəmi kapital isə 12,40% azalaraq 65 mln 672,6 min manata enib.
Bankın kredit portfelinə gəldikdə isə hesabat dövründə 2,86% azalaraq 282 mln 713 min manata enib.