2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan ərzaq idaxlını 0,4% – $976 mln. 290,34 minədək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilir.
Ərzaq idxalı strukturunda əsas həcm $151 mln. 427,93 min məbləğində buğdanın – 829,249 min ton (artım 11,1%), meyvə-tərəvəz məhsullarının – $111 mln. 593,69 min məbləğində 199,187 min ton (artım 3,8%), ətin – $49 mln. 283,71 min məbləğində 34,252 min ton (artım 12,7%), bitki və heyvan mənşəli yağların – $104 mln. 209,92 min məbləğində 112,751 min ton (artım 7,8%) payına düşüb.
2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana $51 mln. 122,83 min məbləğində kərə yağı idxalı 8 min 709,44 ton (azalma 19,7%) təşkil edib.
Ümumilikdə, yanvar-sentyabr ayları ərzində Azərbaycana bütün idaxlın 12,35%-i ərzaq məhsullarının payına düşüb.