Əsas səhifə Biznes “2018-ci ilin martında Kiyevdə Azərbaycan Ticarət Evi açılacaq”

“2018-ci ilin martında Kiyevdə Azərbaycan Ticarət Evi açılacaq”

548
Paylaş

“APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Ukrinform” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan Ticarət Evi Ukrayna və Azərbaycan arasında iqtisadi-ticari münasibətlərin daha da inkişaf etdirilməsi ilə məşğul olacaq və ilk növbədə biznesə istiqamətlənəcək. Həmçinin, ticarət evi Azərbaycan şirkətlərinə konsaltinq və hüquqi məsləhətlər verəcək.

Bundan başqa, Azərbaycan Ticarət Evi Ukraynadan olan iş adamlarına Azərbaycan, xüsusilə də Bakı Beynəlxalq Ticarət Limanı vasitəsilə Orta Asiya və İran bazarlarına çıxmasına şərait yaradacaq. Bununla yanaşı, ticarət evi vasitəsilə Azərbaycanın Ukraynada ixrac və idxalı koordinasiya ediləcək. “Ticarət Evində Azərbaycanın istehsal etdiyi məhsulların sərgisi təşkil olunacaq və satışı həyata keçiriləcək. Ticarət Evi bazarın təhlilini araşdıracaq. Eyni zamanda, əməkdaşlığın prioritet istiqamətləri müəyyən ediləcək”.

A. Xudiyev vurğulayıb ki, Azərbaycan Ukrayna ilə ticarət dövriyyəsini 1 mlrd. ABŞ dollarına qədər artırmaq niyyətindədir.