2018-ci ildə Twitter təsisçisinin əmək haqqı 140 sent təşkil edib

Date:

Paylaş:

Hər simvola görə bir sent.

2018-ci ildə Twitter şəbəkəsinin baş icraçı direktorunun maaşı 140 sent təşkil edib, bu haqda ABŞ-ın Qiymətli Kağızlar və Valyuta Komissiyasının verdiyi bəyanatlara istinadən Bloomberg xəbər verir.

Göstərilən məbləğ Twitter  şəbəkəsində bir paylaşımın maksimal simvol sayını əks etdirir ki, bu da 2006-cı ildə təyin olunmuş qaydalara uyğun gəlir. 2017-ci ilin sonunda şirkət bu limiti 280 simvola qədər artırmışdır. Bununla əlaqədar Dorsey-in əmək haqqının aqibəti hələ də sual işarəsi altındadır.

Bloomberg qeyd edir ki, Dorsey 2015-ci ildə CEO vəzifəsinə gəldiyi gündən bəri ilk dəfədir ki maaş alır. Əvvəllər Twitter-ın həmtəsisçisi könüllü olaraq şirkətin uzunmüddətli potensialı və dəyərlərinə inamını əsas götürərək, bütün pul mükafatlarından imtina edib.

Forbes jurnalına görə, Jack Dorsey dünyanın ən zəngin insanların siyahısında 347-ci yeri tutur. Jurnal olun sərvətini 5,4 milyard dollar dəyərində qiymətləndirir. Twitter-dən başqa, Dorsey, Square ödəniş xidmətini inkişaf etdirir.

 

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...