Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri 2018-ci ildə Huawei smartfonlar bazarında demək olar ki, Apple şirkətinə çatıb

2018-ci ildə Huawei smartfonlar bazarında demək olar ki, Apple şirkətinə çatıb

335
Paylaş

Gartner analitikləri 2018-ci ilin dördüncü rübünün nəticələrinə görə, smartfon bazarını qiymətləndirərək belə qənaətə gəliblər ki, dünya miqyasında 408,4 milyon smartfon satılıb ki, bu da bir il əvvəlki göstəricidən 0,1% çoxdur.

Analitiklər hesab edirlər ki, aşağı və orta seqmentlərdə cihazlara olan tələbat bütün bazarlarda yüksək səviyyədə qalmışdır. Bahalı cihazların satışında isə yavaşıma davam edir.

Bazarın lideri Samsung olmuşdur, ümumilikdə şirkət 70,8 milyon smartfon sataraq bazarın 17,3% tutmuşdur (ötən ildə – 74 milyon cihaz).

Apple, hələ də ikinci sıradadır, ötən ildəki  73.2 milyona qarşı 64.5 milyon cihaz  satıb. Buna baxmayaraq, Huawei şirkəti üçüncü yerdə olsa da, satışlarını 43,9 milyondan 60,4 milyona çatdırıb. Eyni zamanda, beşliyə Oppo və Xiaomi də daxil olmuşdur, müvafiq olaraq 31,6 və 27,8 milyon smartfon satıblar.

İlin nəticələrinə görə liderlərin siyahısı eyni olmuşdur, lakin Xiaomi və Oppo yerləri dəyişiblər. Huawei və Apple şirkətlərini bir-birində yalnız 6 milyon smartfonu ayırıb (müvafiq olaraq 209 və 203 milyon).