Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri 2018-ci ildə dünyanın ən zəngin insanları yüzlərlə milyard dollar itirib

2018-ci ildə dünyanın ən zəngin insanları yüzlərlə milyard dollar itirib

278
Paylaş

Ticarətdə gərgin vəziyyət və ABŞ-dakı iqtisadi tənəzzül ilə əlaqədar narahatlığa görə, ən zəng insanlar bu il 511 milyard dollardan çox pul itirib.

Bloomberg məlumatlarına əsasən, Bloomberg Billionaries İndex daxil olan dünyanın ən varlı 500 insanın gəliri $4,7 trilyona qədər azalıb.

2018-ci ildə gəlirini rekord səviyyəsinə çatdırmış Jeff Bezos da maliyyə itkisindən qaça bilmədi. Sentyabrda, o, $168 milyon qazanıb, ümumi kapitalı isə $69 milyard təşkil edib. Lakin, bir qədər sonra, Amazon təsisçisinin mülkiyyəti $53 milyarda qədər azalmışdır.

Mark Zuckerberg, baş vermiş böhranlar nəticəsində $23 milyard itirib. Digər milyarderlər ilə müqayisədə, onun itkisi daha çoxdur.

Qeyd edək ki, 2018-ci il Asiya milyarderləri üçün də uğurlu olmamışdı. Bu regionun 128 milyarderi təqribən $144 milyard itirib. Liderlər sırasına Çin sahibkarları daxildir. Onlardan daha çox Dalian Wanda Group təsisçisi olan Van Çzyanlin zərər görüb. Çinli milyarderin itirdiyi mülkiyyətin ümumi dəyəri $11,1 milyard kimi qiymətləndirilir.

Yaxın Şərqdə də vəziyyət qeyri-sabitdir. Səudiyyə Ərəbistanının bir sıra milyarderləri korrupsiyada günahlandırılaraq həbs olunmuşdu. Krallığın ən varlı insanı Al Valid, həbsdən azad olunduqdan sonra $3,4 milyard itirib.

Avropa milyarderləri də həmçinin böyük itkilərlə üzləşiblər. Schaeffler Gruppe şirkətinin sahibkarı olan Schaeffler ailəsi, 2018-ci il ərzində $17 milyard itirib.

Meksika milyarderi olan Karlos Slim, vaxtı ikən dünyada ən varlı insanların siyahısında birinci yer tutub.  Hal-hazırda, meksikalı milyarder 6-cı yerdədir, onun ümumi kapitalı isə $54 milyard təşkil edir.