Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər 2018-ci ildə Azərbaycanda qızıl hasilatı 32% azalıb

2018-ci ildə Azərbaycanda qızıl hasilatı 32% azalıb

219
Paylaş

2018-ci ildə Azərbaycanda 4 min 238,6 kq qızıl hasil olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 31,7% azdır. 

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ötən ilin dekabr ayında 287,1 kq qızıl hasil edilib.

2018-ci ildə Azərbaycanda 2  min 671,1 kq gümüş istehsal olunub. 2017-ci illə müqayisədə istehsal 3,8  dəfə artıb.