Əsas səhifə Məqalələr Maraqlı 2017-ci ilin ən çox qazanan hip-hop ulduzları

2017-ci ilin ən çox qazanan hip-hop ulduzları

794
Paylaş

Forbes 2017-ci il üçün hazırladığı dünyadakı ən varlı Hip-Hop ulduzlarının siyahısını yayımlayıb. Siyahının ilk sırasında 820 milyon dollarlıq sərvəti ilə Diddy yer alır və onu 810 milyon dollarlıq sərvəti ilə Jay-Z izləyir. Jay-Zin sərvəti kemən ilə nisbətən 30 faiz artım göstərib.

Hansı rap ulduzunun isə ilk olaraq milyarder statusu alacağı isə maraqla gözlənilir. Diddynin vodka markası Ciroc ilə bağladığı müqavilə yoxsa JayZ-in Armand de Brignac adlı şampan markası ilə bağladığı müqavilə daha çox qazandıracaq? Bunu yaxın illərdə görəcəyik.

Jay-Z-nin 2014-cü ildən indiyə kimi ilk dəfə DR.DRE-ni geridə buraxdığı məlumdur. DR.DRE yaratdığı Beats markasını Apple-a 3 milyard dollar qarşılığında satmışdı.

Siyahı bu şəkildə davam edir

  1. Diddy, 820 milyon dollar
  2. Jay Z, 810 milyon dollar
  3. Dr. Dre, 740 milyon dollar
  4. Birdman, 110 milyon dollar
  5. Drake, 90 milyon dollar