2017-ci ildə Forbes dünyasında nələr baş verdi?

Date:

Paylaş:

Bloomberq informasiya agentliyinə görə, 27 dekabr 2016-cı ildə sərvəti 4.4 trilyon dollar olan  dünyanın ən zəmgin 500 şəxsinin 2017-ci ilin 26 dekabr üzrə  sərvəti 23% artaraq, 5.3 trilyon dollara çatıb.

Amazonun yaradıcısı  və CEO-su  Ceff Bezos 34.2 milyon dollarla sərvətini ən çox artıran insan oldu. Hazırda sərvəti təqribən 99.6 milyard dollardır.

Bezos 2013-cü ildən bu tərəfə dünyanın ən zəngin şəxsi olan, Microsoftun qurucusu 91.3 milyard dollarlıq sərvətə sahib olan Bill Qeytsin ünvanını ələ keçirmiş oldu.

Çinli biznesmen Hui Ka Yan 25,9 milyard dollarla sərvətini 350% artırdı. Bu göstəriciyə görə Yan Bezosdan sonra sərvətini ən çox artıran şəxs oldu.

Dünyanın ən varlı 500 şəxsinin 2017-ci ildəki sərvətinin artma qrafiki aydan-aya aşağıdakı şəkildə göstərilmişdir.

Dünyanın ən varlı 10 şəxsi aşağıdakı kimi müəyyən edilmişdir. 

Facebookun CEO-su Mark Zukerberq isə 22.6 milyard dollarla sərvətini 45% artırdı.

Siyahıda yer almış 440 milyarder 2017-ci ildə sərvətlərini 1.05 trilyon dollar artırarkən,  58 milyarder isə 46 milyard dollar itki ilə qarşı-qarşıya gəldi. 

39% azalma ilə sərvətinin 4.1 milyard dollarını itirən  Fransalı biznesmen  Patrick Drahi  ən çox itki ilə üz-üzə gələn şəxs ünvanını əldə etmiş oldu. 

Keçən il siyahıda yer almış 60 milyarder isə sərvət itkisi və ya rəqiblərinin sərvətlərinin artması səbəbi ilə siyahıdan kənarda qaldı. 

Xəzər Aslanov, Banco.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...