2017-ci il üçün iş dünyasında yüksəlişə keçəcək 3 trend

Date:

Paylaş:

2017-ci il siyasətdən iqtisadiyyata qədər bir çox sahədə sürətli dəyişikliklərin müşahidə edildiyi bir il kimi başladı. Xüsusilə, iş dünyasında bu il yüksəlişə keçəcək üç trendi sizlər üçün analiz etdik.

1 – Ən yaxşı olduğun sahəyə köklənərək böyümək.

Bir çox ekspert hesab edir ki, bu il fərqli sahələrə yönələrək investisiya ayırmaq yerinə, öz sahənizdə güclənmək daha məsləhətlidir. Bu ilin trendi, yaxşı olduğun sahəni gücləndirmək və sektorda öz satış potensialını artırmaqdır.

2 – Məhsuldan ziyadə, təcrübə satmaq.

Uzun müddətdən bəri tanış olduğumuz “məhsul deyil, təcrübə satmaq” şüarı, bu il yüksəlişə keçməkdədir. Xüsusilə də, dünyanı, istehlak ediləcək mallar bazarı olaraq deyil, kəşf ediləcək bir yer olaraq görən yeni nəsil istehlakçılarının bu istiqamətdə tələblərinə müvafiq olaraq, 2017-ci ildə iş dünyasında daha çox təcrübələrin satışının qazanclı olacağı düşünülür.

3 – Müştəri istəklərini çoxtərəfli təxmin edən marketinq.

Ənənəvi müştəri istəyi mərkəzdə olan satışlar bu il yerini yeni bir trendə,“müştəri istəklərini çoxtərəfli təxmin eləməyə” verir. Müştərilərin fərqli sahələrdəki ehtiyac və istəklərini ondan öncə təxmin etməyə və rəqiblərdən əvvəl xidmət və məhsulları bazara təqdim eləməyə əsaslanan bu konsepsiya, sadəcə öz satış sahənizdə deyil, tələb olunan fərqli sahələrdə də müştəri ehtiyaclarını qarşılayaraq onu məmnun eləməyi əsas hədəf qoymuşdur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...