2016-cı ildə investorların qarşısına çıxaraq investisiya tələb edən bəzi startuplara milyonlarla dollarlıq dəyər verilib. 2016-cı ilin ən qiymətli startupı 1,8 milyard dollar dəyərlə Sprinklr oldu.
Gələcəkdə ideyalarından milyonlar qazanmağı düşünən bir çox startupçılar investorlarla görüşərək öz arzularını həyata keçirməyə çalışırlar. 2016-cı ildə də xüsusilə texnologiya sahəsindəki bir çox kiçik şirkətlər nəhənglər böyük şirkət olmaq üçün risk sərmayəsi şirkətlərindən investisiya almağa çalışdı.
Bəziləri bunu bacardı da. 2016-cı ilin ən çox dəyər verilən 10 Startupından beşinin bazar dəyəri hələ yolun əvvəlində 1 milyard dolları keçməyi bacara bildi.
PitchBook 2016-cı ilin ən çox investisiya alan startuplarını açıqladı.
10 – Spredfast
Verilən ümumi bazar dəyəri: 331 milyon dollar
Ən son investisiya edilən tarix: 1 İyun 2016
Aldığı ümumi investisiya miqdarı: 140,32 milyon dollar
Spredfast sosial media yönlü proqramları inkişaf etdirir.
9 – Jana
Verilən ümumi bazar dəyəri: 388 milyon dollar
Ən son investisiya edildiyi tarix: 18 Fevral 2016
Aldığı ümumi investisiya miqdarı: 94 milyon dollar
Jana reklam və sponsorluq qarşılığında inkişaf etməkdə olan ölkələrdə istifadəçiləri pulsuz internet əlaqəsi ilə təmin edir.
8 – DataXu
Verilən ümumi bazar dəyəri: 390 milyon dollar
Ən son investisiya edildiyi tarix: 25 yanvar 2016
Aldığı ümumi investisiya miqdarı: 93 milyon dollar
Reklam agentliklərinin ehtiyac duyduğu analizləri ani zamanda göstərir.
7 – Hired
Biçilən ümumi bazar dəyəri: 490 milyon dollar
Ən son investisiya etdiyi tarix: 11 Sentyabr 2016
Aldığı ümumi investisiya miqdarı: 103 milyon dollar
Hired texnologiya şirkətləri ilə ehtiyac duyduqları mühəndisləri, məhsul idarəçiləri, elm işçilərini, dizaynerləri və satış mütəxəssislərini bir araya gətirən bir platformadır.
6 – Asana
Verilən ümumi bazar dəyəri: 600 milyon dollar
Ən son investisiya edildiyi tarix: 30 Mart 2016
Aldığı ümumi investisiya miqdarı: 88.51 milyon dollar
Asana layihə rəhbərliyi proqramları təqdim edən bir tətbiqdir.
5 – Carbon
Verilən ümumi bazar dəyəri: 1,08 milyard dollar
Ən son investisiya edildiyi tarix: 15 Sentyabr 2016
Aldığı ümumi investisiya miqdarı: 222 milyon dollar
Carbon yüksək keyfiyyətli mexaniki hissələri çıxara bilən 3D printerləri istehsal edən bir şirkətdir.
4 – Gusto
Verilən ümumi bazar dəyəri: 1,09 milyard dollar
Ən son investisiya edildiyi tarix: 10 noyabr 2016
Aldığı ümumi investisiya miqdarı: 176 milyon dollar
Kiçik müəssisələr üçün xüsusi olaraq hazırlanmış insan resursları proqramları hazırlayır.
3 – Apttus
Verilən ümumi bazar dəyəri: 1,59 milyard dollar
Ən son investisiya edildiyi tarix: 28 Sentyabr 2016
Aldığı ümumi investisiya miqdarı: 274 milyon dollar
Apttus nağd ödəmə üsulları üzərində işləyir.
2 – AppNexus
Verilən ümumi bazar dəyəri: 1,6 milyard dollar
Ən son investisiya edildiyi tarix: 28 Sentyabr 2016
Aldığı ümumi investisiya miqdarı: 344 milyon dollar
AppNexus beynəlxalq dijital reklam idarəedicisi proqramları yaradır.
1 – Sprinklr
Verilən ümumi bazar dəyəri: 1,8 milyard dollar
Ən son investisiya edildiyi tarix: 20 iyul 2016
Aldığı ümumi investisiya miqdarı: 228, 5 milyon dollar
1,8 milyard dollarla 2016-cı ilin ən çox dəyər verilən tətbiqi olan Sprinklr sosial media proqramları yaradır.