Əsas səhifə Biznes 2016-cı ildə ən çox qazanan idmançılar

2016-cı ildə ən çox qazanan idmançılar

1321
Paylaş

6. Novak Djokovic – 55.8 milyon $

Tennis turnirlərində möhtəşəm performanslar göstərən Cokoviç, bu idman növünün əfsanələrindən biri olmaq yolunda irəliləyir. Bundan başqa müxtəlif böyük şirkətlərin də sponsorluq üçün arxasından qaçdığı tennisçilər arasındadır.

5. Kevin Durant – 56.2 milyon $

Etdiyi yardımlarla gündəmdən düşməyən məşhurlar arasında iştirak edən NBA ulduzu Kevin Durant 20 milyon dollarlıq maaşını yatırımları və saysız sponsorluq razılaşmalarıyla 56.2 milyon dollara qədər artıra bilib.O, dünyanın ən çox qazanan idmançıları siyahısında ilk beşliyə girməyi bacarıb.

4. Roger Federer – 67.8 milyon $

Tennis turnirl’rinin Michael Jordanı olan Roger Federer, bu idman növünün simvoluna çevrilib. Tarixin ən yaxşı tennisçilərindən biri kimi qəbul edilən Federer yaratdığı fondla Afrikadakə uşaqlara yardım edir. O, dünyanın ən varlı tennisçisidir.

3. LeBron James – 77.2 milyon $

LeBron James bəlkə də heç bir zaman Michael Jordan kimi böyük müvəffəqiyyətlərə imza ata bilməyib. Yenə də bu basketbol ulduzu səmimi rəftarları və istedadı ilə adını NBA tarixinə yazdırmağı bacarıb.

2. Lionel Messi – 81.4 milyon $

Müasir futbolun əfsanələrindən biri olan Messi, yaşıl meydançalarda qeyri-adi oyunlarıyla dünya səviyyəsində hər futbol sevərin heyranlıq duyduğu bir futbolçu olmağı bacarıb. Hər tərəfdarın “kaş ki bizim komandada” olsa dediyi Lionel Messi, bir çox reklam kampaniyasında iştirak edərək dəyərini daha da artırmağı bacarır.

1. Cristiano Ronaldo – 88 milyon $

Ronaldo yoxsa Messi sualı hələ də futbol dünyasının cavabı tapılmayan suallarından biri kimi qalır.

2016-ci ildə dünyanın ən çox qazanan və ən zəngin idmançısı olaraq qarşımıza gələn Cristiano Ronaldo, planetin hansı küncünə gedərsə getsin, arxasından milyonlarla tərəfdarı da getdiyi yerə aparmağı bacarır. Messi ilə birlikdə tarixin ən yaxşı futbolçularından biri olan Ronaldo, 88 milyon dollarlıq qazancıyla siyahımızda ilk yeri tutur.