Ancaq ildırım fotoşəkili çəkmək istəyiylə işə başlayan 2 Türk mühəndis, ərsəyə gətirdikləri bir fotoaparatı Amerikan Ordusu və NASAya satmağı bacardı.
2 Türk elektrik mühəndisi, ən başda tamamilə özləri üçün hazırladıqlar, hətta ilk məhsulu əl istehsalı olaraq nəzərdə tutduqları bir fotoaparatı KickStarterdən aldıqları dəstək ilə ardıcıl istehsala başladılar. MIOPS SMART adı verilən cihaz Amerikan Ordusu və NASA tərəfindən də satın alındı.
MIOPSun qurucusu Onur Polad, firmanı 2016-cı ildə dostu Erkan Kahraman ilə qurduqlarını, 2016-cı ildən bəri fotoqrafiya və video sektoru üçün müxtəlif məhsullar hazırladıqlarını bildirib.
İlk məhsulu mühəndislər, məhsullarını Kickstarter üzərindən istifadəçilərin dəstəyinə təqdim etdi. 1.750 ön sifariş və az qala 375.000 dollar fon dəstəyi alan sahibkarlar bu vaxta qədər məhsulu NASA və Amerikan Ordusuna satmağı bacarıb; ayrıca şirkət qısa müddətə ərzində dünya üzərində 19 fərqli ölkədə 22 filial qura bilib.
Quruculardan Onur Polad da bunları qeyd edib:
Bu anda Amerikan ordusunda aktiv olaraq istifadə edilən 10 cihazımız, NASA-da 5 cihazımız var. NASA raket cəhd anlarının çəkilməsində, Amerikan ordusu da bomba partlayış testlərinin çəkilməsində istifadə edirlər. Keçən həftə yazışdıq, “hələ məhsulu istifadə edirsinizmi” deyə, hazırda da aktiv olaraq istifadə edildiyini və işlərinə yaradığını söylədilər. Biz bu məhsulu hazırlayarkən bu sahədə istifadə ediləcəyini heç düşünməmişdik
Ayrıca NASA və Amerikan Ordusuna təklifi Türk mühəndislər göndərməyib. Bu təşkilatlar mühəndisləri özləri araşdırıb məhsulu sifariş ediblər.