Rusiyada fəaliyyət göstərən “Ford Sollers” və “UAZ” birgə müəssisəsinin baş direktoru Adil Şirinov “Aurus” avtomobilinin istehsalçısı “Aurus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbəri vəzifəsinə təyin edilib.
O, iyunun 1-dən yeni vəzifəsini icra edir. Şirinov bu postda Herhard Hilqerti əvəzləyib. Hilqert 2018-ci ildən şirkətə rəhbərlik edib.
Adil Şirinovun əsas prioritet planı “Aurus” avtomobil seriyasının istehsalını təşkil etməkdir. 2021-ci ildən bu istehsal ildə 5000 avtomobil olmalıdır.
Qeyd edək ki, 1964-cü ildə Bakıda doğulan Adil Şirinov 1990-cı ildən etibarən Rusiyanın avtomobil sənayesində ən yaxşı mütəxəssislərdən biri hesab olunur.