2 ayda məhsul bazarından necə faydalanmışıq?

Date:

Paylaş:

2020-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 5 milyard 858,7 milyon manatlıq, o cümlədən 2 milyard 994,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2 milyard 864 milyon manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət dövriyyəsi üzrə 3,1%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,6%, qeyri-ərzaq məhsulları üzrə isə 3,6% artım müşahidə olunmuşdur.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları

Satışdan gəlir, milyon manatla

2019-cu ilin yanvar – fevral aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

5 858,7

103,1

o cümlədən:

ərzaq məhsulları

2 643,8

102,8

içkilər və tütün məmulatları

350,9

101,3

toxuculuq məhsulları, geyim və ayaqqabılar

1 054,7

103,9

elektrik malları və mebellər

352,5

103,1

kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları

42,2

103,2

əczaçılıq və tibbi mallar

91,3

119,3

avtomobil yanacağı

311,6

101,0

digər qeyri-ərzaq məhsulları

1 011,7

103,0

Cari ilin iki ayı ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,1 faizi ərzaq məhsullarının, 6,0 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi elektrik malları və mebellərin, 5,3 faizi avtomobil yanacağının, 1,6 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

2020-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının dəyər ifadəsində 24,0 faizi ticarət müəssisələri, 48,5 faizi fərdi sahibkarlar tərəfindən, 27,5 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 29,1 faiz, fərdi sahibkarlar üzrə 0,8 faiz artmış, bazar və yarmarkalarda isə 9,1 faiz azalmışdır.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 294,3 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 14,9 manat çox olmuşdur.

Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 150,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 143,9 manatlıq qeyri-ərzaq məhsulları almışdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...