Kanadanın 1Password parollar meneceri, Accel və Slack Fund fondlarından, həmçinin, Atlassian qurucularından 200 mln. dollar cəlb edib. Bunlar, şirkətin yarandığı 2005-ci ildən bu vaxta kimi cəlb etdiyi ilk daxili səhmlərdir.
David Teare və Rustam Karimov “1Password”- u şəxsi tapşırıqlarının həlli üçün bir alət kimi istifadəyə veriblər: parolların saxlanması və işçi tətbiqlərə ümumi giriş. Artıq o, müxtəlif saytlar və xidmətlər üçün parollar yaradıb onları yadda saxlayan bir xidmət və sənədlərlə məlumatlar üçün təhlükəsiz saxlanc yeridir.
2011-ci ildə komandaya qoşulan baş direktor Jeff Shiner şirkətin ilk iş günündən etibarən gəlirli olduğunu təsdiqləyir. Xidmət adi istifadəçilər üçün aylıq ödənişi 2,99 dollar, korporativ müştərilər üçünsə 3,99 dollar olan abunəlikdən qazanır.
Qeyd edək ki, hal-hazırda 1Password-un 1 mln.-dan çox istifadəçisi var, minlərlə korporativ müştərilərinsə 50%-i onundur və onlarla şirkət 2016-cı ildən işləyir. Müştərilər arasında IBM, Slack, Dropbox, Gitlab və digərləri var.
Shiner TechCrunch-a müsahibəsində bildirib ki, şirkətin maddi yardıma ehtiyacı yoxdur, amma səhmlər xidmətin təşviqatına və yeni istifadıçilərlə korporativ müştərilərin cəlb edilməsinə kömək ola bilər. Şirkətdə 174 nəfər adam çalışır, amma 1Password-un satış bölməsi yoxdur.