1963-cü il istehsalı olan “Ferrari” markalı yarış avtomobili rekord 70 milyon dollar qiymətinə satılıb ki, bu da bütün dövrlər ərzində satılan ən bahalı maşındır.
Bu barədə mənbələrə istinadən CNBC məlumat yayıb.
Telekanalın məlumatına görə, avtomobili maşın salonları üçün ayaqaltlıqları hazırlayan “WeatherTech” şirkətinin təsisçisi Devid Maknil alıb.
Bildirilir ki, avtomobil satışı üzrə əvvəlki rekord da 1963-cü il istehsalı olan “Ferrari”yə məxsusdur. O, 2013-cü ildə 52 milyon dollara satılıb.
© Report