“100 yaşlı startap” anlayışı absurd səslənə bilər. Amma yaradıcılarının təcrübəsiz hesab olunduğu şirkətlər var ki, artıq bu il 100 illik yubileylərini qeyd ediblər və hələ də yaxşı fəaliyyət göstərirlər. Bunlar ömrü uzadan qidaların, maşın yarışları üçün yüngül mühərriklərin, folqaların… hazırlanması üzrə riskli startaplar tərəfindən yaradılan brendlərdir. Gəlin onlardan ən maraqlılarına nəzər yetirək:
Yüngül porşen (maşın hissəsi)
Daha çox “W.O.” kimi tanınan ingilis mühəndis və maşın yarışları sürücüsü Walter Owen Bentley 1912-ci ildə qardaşı ilə birlikdə Bentley & Bentley şirkətini yaradır və Britaniyada Doriot, Flandrin & Parat fransız markası avtomobillərinin ticarəti ilə məşğul olur. Onların dinamik xarakteristikalarını təkmilləşdirməkdən ötrü mühərriklər üçün olan porşenin alüminium ərintisindən hazırlanmasını təklif edir. Birinci Dünya Müharibəsi illərində bu texnologiya təyyarə istehsalında tətbiq olunur; “W.O.” o zamanki silah yarışlarında çox böyük əhəmiyyət daşıyan aviasiya mühərriklərinin ən əsas proqramçılarından biri olur. Uğuru və geniş əlaqələri sayəsində 1919-cu ildə Bentley Motors Ltd. avtomobil istehsalı şirkətini açır.
Bentley 3 Litre kimi ilk modellər çox uğurlu olurlar və ən nüfuzlu yarışlardan qalib kimi ayrılırlar. Amma pulsuzluq üzündən 1924-cü ildə şirkəti tanınmış yarışçı Woolf Barnato-ya satırlar. 1935-ci ilə qədər Walter Bentley artıq bir işçi kimi öz adını daşıyan markayla işləyir, sonra isə Aston-Martin də daxil olmaqla digər şirkətlər üçün modellər yaradır. Amma Bentley-in biznesi depressiyaya tab gətirə bilmir və Rolls Royce Plc şirkətinə satılır. 1998-ci ildə isə hazırki sahibi Volkswagen AG alman konserninin tərkibinə daxil olur.
Film bazarının qaydalarına qarşı
United Artists şirkəti qurulanda Hollivudda filmlərin tərkibindən tutmuş aktyroların məvacibinə kimi kino qaydaları əsas iri studiyalar tərəfindən müəyyən olunurdu. Dörd super ulduz – rejissor və prodüser David Wark Griffith, Charlie Chaplin və ər-arvad-aktyorlar Douglas Fairbanks-la Mary Pickford risk edərək kino sənayesinin nəhənglərinə qarşı çıxırlar. Hər biri ildə ən azı 5 filmə çəkilməli idi. Onlar kiçik studiyalar və azad prodüserlər üçün yeni distribusiya kanalı yaratmaq istəyirdilər. Belə ki, onların ulduz statuslarını uğurun təminatçısı hesab edirdilər. Amma planları alınmadı. Lap əvvəldən şirkətin pulu çatmadı. Hər səhmdarla ildə 5 film çəkmək alınmazdı. Amma United Artists iflasa uğramadı, kifayət qədər tərəfdaş-istehsalçı (Walt Disney və sonralar 20th Century Fox-a daxil olan Twenty Century Pictures) qazandı və 30-cu illərin sonu kommersiya uğuru əldə etdi. Amma bu, çox çəkmədi.
Həm kino sənayesində, həm də şirkət daxilində baş verən yeni böhranlar ucbatından Chaplin və Pickford 1955-ci ildə öz paylarını satırlar (digərləri artıq dünyadan köçmüşdülər). Amma növbəti il şirkət birjaya çıxarılır və 1960-cı illərdə əsl uğura imza atır: filmləri 11 “Oscar” mükafatı alır. 80-ci illərin əvvəlləri növbəti silsilə uğursuzluqlardan sonra United Artists MGM konserninin tərkibinə daxil edilir və o zamandan bəri artıq əsas oyunçu kimi praktiki olaraq yox olur. Amma hələ də bu və ya digər şəkildə brendi qoruyub saxlamaq cəhdləri davam etdirilir. Hal-hazırda da MGM konserninin himayəsi altında olan UA dəbli rəqəmsal kontent yaradır və genişləndirir.
Uzunömürlülük bakteriyası
1905-ci ildə gənc bolqar alim Stamen Grigorov biotexnologiya sahəsində yenilik edir. O, südü “yoqurt” kimi tanıdığımız məhsula çevirən bakteriyaları aşkara çıxarır. Tezliklə, ömrün uzanması işləri üzərində çalışan rus bioloq İlya Mechnikov bundan xəbər tutur. O belə başa düşür ki, Bolqarıstanda uzunömürlülərin sayının çox olması yoqurtdakı mikroflora ilə əlaqədar ola bilər və onu Avropada məhşurlaşdırır. Hətta Barselonadan olan səfarad yəhudisi İsaak Karasso məhsulun ticarət potensialından yararlanır. Belə ki, o, Mechnikovdan bakteriya nümunəsi əldə edir və “Danone” ( oğlu Daniel-in şərəfinə) şirkətini açır.
Əvvəlcə o yoqurtu apteklərə resept üzrə paylayır – uşaqlarda həzmi yüngülləşdirmə vasitəsi kimi. Məhsulla birgə şirkətin də şöhrəti artır. Sahibkarın oğlu Daniel 1939-cu ildə şirkətin başına keçir və onu amerikan bazarına çıxarır. Onun idarəçilyi uğurlu olur və çoxlu ilhaqlara (birləşdirilmə) imza atır. 2009-cu ildə, 103 yaşında vəfat edəndə “Danone” satışlardan artıq təxminən 15 mlrd. dollar qazanmışdı. 2010-cu ildə isə “Danone” Rusiyanın “Юнимилк” süd məhsulları şirkətinin səhmlərə nəzarət paketini alır və “Данон Россия” törəməsini yaradır.
Otelçilərə nümunə
Tanınmış otellər şəbəkəsi Hilton uğursuzluğun bəhrəsidir. Onun gələcək sahibi Conrad Hilton 31 yaşında Birinci Dünya Müharibəsinə görə mükafatlar və 5 min dollar dəyərində təzminat alır. Atasının univermağında işləyir, daha sonra bank rəhbəri olur, amma bu işdə iflasa uğrayır. Conrad Texasda, Sisko şəhrində başqa bir bank almaq qərarına gəlir. Amma bu da baş tutmur: sahibi son anda qiyməti qaldırır. Hilton gecəlməyə yer axtarırdı, amma ucuz oteldə nömrə tapa bilmədi – az qala boş yer olmadığına görə, dava belə edəcəkdi. Hilton dostlarından və kreditə pul götürür, bir neçə gündən sonra bütün oteli alır.
Bir ildən sonra investisiyalar qayıdır: yeməkxana hesabına otaqların sayını artırır. Foyedə qəzet, siqaret və diş fırçaları kimi xıradvatlar satmaqla ticarət aparır. Mənfəət artır. 1925-ci ildə öz adına ilk otelini açır. 1930-cu ildə Hilton müflis olsa da, yenidən ayağa qalxa bilir. Əfsanəvi Hilton prinsipləri əsasında öz şəbəkəsini yaradır. Bu prinsip bütün otel məkanından maksimal gəlir əldə etməkdən, xırdalığına kimi vahid tərzin olmasından və müştərinin oteldən çıxmadan istədiyi hər bir şeyi əldə edə bilməsi imkanından ibarət idi. Conrad Hilton tam sadiq müştərilər qazanmaqla bütün dünya otelçilərinə çox yaxşı bir nümunədir. Bu çiçəklənən biznesindən ildə 9 mlrd. dollar gəlir əldə edir.
Folqa (metal kağız) kralı
Öz adına tütün şirkəti quran ABŞ-ın ən zəngin adamlarından biri Richard Joshua Reynolds hazır siqaretlər satmağa başlayır. İstehsal məsələlərində ona qardaşı oğlu Richard Samuel Reynolds (ailə biznesində ən yaxşı perspektivlərə o malik idi) kömək edir. Amma 30 yaşında o bu işdən ayrılır və folqa istehsalı biznesinə keçir. O zamanlar qurğuşun və qalaydan olan ziyanlı folqaları alüminiumdan olanlar əvəz edirdilər. Onlardan tütün və qənnadı məhsullarının qablaşdırılmasında geniş istifadə olunurdu. İstehsal işlərini qaydaya saldıqdan sonra, 1926-cı ildə Reynolds folqadan yeni istifadə üsulları yaratdı: butulkalar üçün qapaq, termoqoruyucu qida konteynerləri və başqa.
1940-cı ildə Reynolds Metals boksitlər (mineral) əldə edib alüminium istehsal etməyə başladı. Ondan hərb sənayesində istifadə olunurdu. Müharibədən sonra alüminium fabrikləri bağlanır və Reynolds bəzilərini alır: o belə hesab hesab edirdi ki, folqaya gözlənilmədən birdən tələb yaranacaq. 1947-ci ildə isə o öz adını əbədiləşdirir: Reynolds Wrap-ı təqdim edir – məişətdə istifadə üçün folqa rulonlu karton qutu. O zamandan bəri müxtəlif adlarla ona hər bir mətbəxdə rast gəlmək mümkündür. Reynolds Metals ABŞ-da ikinci, dünyada isə üçüncü alüminium şirkətidir. 2009-cu ildə onu əsas rəqibi Alcoa alır.
Almazlar və əlaqələr
André Citroën almaz ticarəti ilə məşğul olan bir ailədə dünyaya gəlməklə şanslı biri olub. Amma uğura başqa sahədə nail olub. O, mühəndis təhsili alıb və sonuncu kursda sahibkarlıq istedadı üzə çıxıb: polşalı dülgərdən şevron təkərə (V-formasında diş şəkilli təkər) patentlik əldə edir və daha az səs çıxaran reduktor modelli ( Citroen loqotipi burdan yaranıb) yeni birisini düzəldir. André iri avtomobil istehsalçısı “Mors”un direktoru olub və müharibə illərində silah-sursat istehsalı üçün konveyerdən istifadəni təklif edib. Hökumətin dəstəyi ilə Parisdə çox məhsuldar bir zavod açır. O, Citroën-ə çoxlu uğur və əlaqələr gətirir.
Müharibədən sonra mərmiyə ehtiyac əsaslı şəkildə azalır və Andre avtomobil istehsalına qoşulur. Konveyer kimi, bunun da biznes-modelini o, Henry Ford-dan götürür: aşağı qiymətə və çoxlu satışlara dayandı. Hesab özünü tam olaraq doğrultdu. İlk model Citroen Type A-dan 20 min avtomobil satılır (o vaxta görə böyük rəqəmlər idi) və o, Avropada ilk kütləvi maşın olur. Bu uğurda Citroën-in marketinq bacarığı da öz sözünü deyir: firmanın ar-deko üslubunda nəhəng reklamı bütün Eyfel qülləsi boyunca işıqlanırdı.
1933-cü ildə Andre özünün ilk və son ciddi səhvini edir. Qlobal böhran zamanı işçiləri tətil etdiyi bir vaxtda o çox sərt davranır. 250 min iş yeri təhlükədə idi, məsələ siyasi hala gəlib çıxır. Nəticədə çox borc verməklə maliyyə tənəzzülünə uğrayır. İki ildən sonra hökumətin xahişi ilə Michelin Citroen şirkətini alır. Amma tezliklə Andre ölür və 40 ildən sonra vəziyyət təkrarlanır: Citroen-i Peugeot şirkəti alır. Beləcə, Groupe PSA konserninin əsası qoyulur. Hələ də mövcud olan bu konsernin illik dövriyyəsi 65 mlrd. avrodur.
Bazarı yaxşıca ələ keçirmək
Dərzi Jack Coen Britaniya ordusuna könüllü olaraq hərbi xidmətə gedir. Təxris olunduqdan sonra dövlət proqramı çərçivəsində bazarlarda hərbi ərzaq qalıqlarını satırdı. Bu ticarətə bütün qohumlarını, daha sonra isə götürdüyü işçiləri qoşur. Özü pərakəndə alışlarla məşğul olur və biznesini kiçik ərzaq mağazalarına kimi genişləndirir. 20 ildən sonra Jack yüzlərlə belə mağazaya sahib olur.
Həmin vaxtlar Britaniyada ticarət mərkəzləri tikilirdi, amma heç kim icarə götürməyə cəsarət etmirdi – bu, çox alçaldıcı gəlirdi. Coen isə riskə gedir və tezliklə ona yeni müştərilərə görə endirim təklif edirlər. Müharibədən sonra kürəkəninin məsləhəti ilə Jack Coen supermarket ideyasına diqqət yetirir. O zamanlar iri özünəxidmət mağazaları ABŞ-da yaxşı günlərini yaşayırdılar, amma Böyük Britaniyaya yayılmamışdılar. Jack uğurla “Tesco” şəbəkəsini yaradır. Ölkədəhər yerdə bu loqotipə rast gəlmək mümkündür. Hazırda “Tesco” Böyük Britaniyada transmilli korporasiya və ən iri pərakəndə şəbəkədir.
Daha çox neft
Erle Palmer Halliburton kasıb bir ailədə dünyaya gəlib, hərbi xidmətini donanmada keçib. Daha sonra isə Kaliforniyada bir neft şirkətində işləməyə başlasa da biznesin inkişafında rəhbəri ilə baxışları düz gəlmir və o, Oklahomaya gedir. Orada onun dənizlə bağlı dəliklərin tutulması təcrübəsi köməyinə çatır: Erle neft quyularını sementləmə texnologiyasını yaradır. Bu texnologiya bütün istismar müddəti boyunca neft quyularının fəaliyyətinə və təbii ki, bu sahədə maksimal gəlirə zəmanət verirdi. Halliburton elə öz adına şirkət rəsmiləşdirir, yük maşını, sement üçün nasos icarəyə götürür. Avadanlıqlar o vaxtki neft sektoru üçün çox tələb edilən oldu. İki ildən sonra Erle avtomatik quyu sementləmə cihazını patentləşdirdi. Bundan da iki il sonra 500 quyu sementləndi. Tezliklə, ölkənin demək olar ki, bütün iri neft şirkətləri onun xidmətlərindən yararlandılar və onlar ortaq səhmdarlar idilər. 1957-ci ildə Erle Halliburton vəfat edəndə onun şirkəti üç qitədə fəaliyyət göstərirdi və 2018-ci il qiyməti ilə 1,6 mlrd. dollar edirdi. Hal-hazırda Halliburton-un transmilli şirkəti xidmətlərini ildə 20 mlrd. dollara satır.