19 yaşlı tələbənin qonaq otağından başlayan 3,2 mlrd. dollarlıq biznesi

Date:

Paylaş:

“Canva” onlayn dizayner xidməti hal-hazırda 3,2 mlrd. dollar qiymətləndirilir, hər ay onun 190 ölkədən 20 mln. istifadəçisi olur. Bu startapı 2006-cı ildə 19 yaşlı tələbə Melani Perkins yaradıb.O, artıq “Canva”nın baş direktorudur.

Melani Perkins əvvəlcə sevgilisi Kliff Obrext-lə birgə Fusion Books onlayn xidmətini yaradıb istifadəyə verir. Onun vasitəsilə tələbələr özləri buraxılış fotoalbomlarının dizaynını hazırlaya bilirdilər. Cütlük işini Perkinsin qonaq otağında aparır, onlayn xidmətin inkişafı üçün pulu isə qohumlarından borc götürür.

Bu işləri o qədər uğurlu olur ki, Perkins bütün fikrini biznesə yönəltmək üçün  tezliklə təhsilini yarımçıq qoyur. 2010-cu ildə isə buraxılış albomları dizaynı ilə kifayətlənməyin ağılsızlıq olduğunu düşünür və yeni maraqlar axtarışında Kaliforniyaya yollanır.

Perkinsin fikrincə bir sahibkar üçün ən təhlükəlisi heç bir şey etməməkdir. O deyir ki, özündə əminlik yaratmaq üçün dayanmadan hər gün az da olsa işləmək lazımdır.

Vençur səhmdar Bill Tay ilə görüş keçirən Perkins onda maraq yarada bilmir, amma  Tay onu digrə səhmdarlarla tanış etsə də platformasına özü yatırım edir.

Həmin görüşdən platformanın 2013-cü ildə tam istifadəyə verilməsinə qədər bir neçə il keçir. Bu müddətdə  Google-un keçmiş əməkdaşı Kameron Adams da  cütlüyə qoşulur. O vaxtdan şirkət 242 mln. dollar investisiya cəlb edib. 2019-cu ilin mayında 2,5 mlrd. dollar qiymətləndirilir, sonrakı beş ay ərzində isə göstərici 700 mln. dollar artır.

“Canva” şirkəti insanlar üçün heç bir peşəkar hazırlıq olmadan müxtəlif marketinq materiallarının dizaynını etmək imkan yaradır. O, əsas xidmətlərdən pulsuz istifadəni təmin edir. “Canva”dan istifadə edənlər arasında “Apple”, “Amazon” və “Netflix” var.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...