Əsas səhifə Məqalələr Maraqlı 19 yaşında 130 ölkədə 14 milyard ağac əkimini təmin edən gənc

19 yaşında 130 ölkədə 14 milyard ağac əkimini təmin edən gənc

948
Paylaş

Felix Finkbeiner 10 il əvvəl cəmi 9 yaşında iqlim dəyişikliyinə qarşı 1 milyon ağac əkməyi hədəfləyib və bu hədəfi üçün Plant for the Planet adlı bir startup qurub. Felix 1 milyon ağac hədəfləyərək başladığı bu yolda, 130 ölkədə 14 milyard ağac əkimini təmin edib.

Felix iqlim dəyişikliyinə qarşı edilə biləcək araşdırmaya başladığı zamanlarda Keniyalı fəal Wangari Maathai ilə tanış olub. Maathai, 30 ildə 300 milyon ağac əkimini təmin etmiş və bu səbəblə Nobel Mükafatı qazanmışdı. Felixin əsas məqsədi iqlim dəyişikliyindən təsirlənən qütb ayılarını xilas etmək idi. Ancaq Maathai ilə tanış olduqdan sonra ağacların əhəmiyyətinin fərqinə vardı və öz ölkəsi Almaniyada 1 milyon ağac əkməyə qərar verdi. Felix ilk ağacı məktəb bağçasında əkdi. 4 il ərzində 1 milyonun ağac əkildi. Plant for the Planet, Birləşmiş Millətlərin də diqqətini çəkdi və “Billion Tree” (Milyard Ağac) kampaniyası ilə davam etməyə başlandı.