ABŞ-da 18 yaşlı Osman Bah adlı gənc ötən il Nyu-Yorkda 4 fərqli yerdə “Apple” mağazalarına edilən basqınlarda şübhəli bilinərək saxlanıldığı üçün şirkəti məhkəməyə verib.
“Anadolu” agentliyinin məlumatına görə, istintaq zamanı onun səhvən tutulduğu üzə çıxıb və sərbəst buraxılıb.
Bunun səbəbi isə üz tanıma (face control) sisteminin səhv məlumat ötürməsi olub. Bu hadisəyə görə psixoloji travma keçirdiyini və ictimaiyyət arasında etibarının zədələndiyini bildirən Bah, “Apple” şirkətinə qarşı 1 milyard dollarlıq iddia qaldırıb.
Məsələ bağlı ilə hələlik şirkətdən rəsmi münasibət açıqlanmayıb