18 yaşlı bitcoin milyonçusu

Date:

Paylaş:

Özü 18 yaşında olsa da Erik Finman bir milyonerdir. Səbəbi isə Bitcoin-ə ilk vaxtlarda yatırdığı investisiyadır. 12 yaşında təhsilinə yatırım etsin deyə nənəsinin verdiyi 1000 dollarla bitcoin alıb. Hazırda 403 Bitcoin-ə malik olan Erik Finmanın bu virtual pullarını satması durumunda əlinə keçəcək miqdar isə təxminən 1,7 milyon dollar olacaqdır.

Bu qədər pulu olduğu üçün də Finman məktəbə getmir, sabit bir işi də yoxdur. Etdiyi yeganə şey Bitcoin-ə fokuslanmaqdır.

Virtual pulda aşağı və yuxarı istiqamətdə baş verən sərt hərəkətlərə qarşı Finmanın fikri hazırda 4100 dollar səviyyəsində olan bir Bitcoin-in 10 min dollara qədər yüksələcəyi yönündədir.

Bitcoin-in alternativləri məsələsində isə Finman bu qədər nikbin deyil. Finman, Bitcoin-dən ayrılaraq ortaya çıxan Bitcoin Cash-in bir yan məhsul kimi qalacağını və Bitcoinin yerini heç vaxt tuta bilməyəcəyini düşünür.

Finman, Bitcoin-dən sonra gələn ən böyük virtual pul Eteryum-un dəyərinin isə spekulyasiyalar səbəbiylə yüksəldiyini və bir gün partlayacaq bir “şar” olduğunu bildirir.

Bitcoin necə alınır?


©marja

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...