“1600 manatlıq kamera istədim, 750 manatlıq təklif etdilər”

Date:

Paylaş:

“Nazirliyə təqdim etdiyim biznes planda qeyd etdiyim avadanlıqların ən ucuz versiyasını verirdilər, qəbul etmədim”.

Bu sözləri  Bakı sakini Vüsal Muradov deyib. Şikayətçinin sözlərinə görə, 2018-ci ilin aprel ayında özünüməşğulluq proqramına müraciət edib. 1 aylıq kurs keçdikdən sonra restoranlarda foto-video xidməti göstərmək üçün biznes plan tərtib edərək qurum əməkdaşlarına təqdim edib.

Ancaq müraciətdən 1 ildən çox vaxt keçsə də, ona həmin avadanlıqlar təqdim olunmayıb: “Biznes planda mənə fəaliyyət üçün 2 ləvazimat – o vaxt qiyməti 1600 manat olan fotokamera və foto-video montaj işlərini görmək üçün 2200 manatlıq noutbukun alınmasını yazdım. Kursda bizə biznes-planın ümumi məbləğinin 3 min 800 manata qədər ola biləcəyini demişdilər. Ancaq sonradan mənə 750 manatlıq fotokamera təklif etdilər, götürmədim. Nazirə iki dəfə məktub ünvanlasam da, hər hansı cavab ala bilməmişəm. Son görüşümüzdə iyunun 15-nə kimi ləvazımatların verildiyi deyilmişdi, yenə alınmadı”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən müraciətlə bağlı sorğumuza cavab olaraq bildirilib ki, Bakı şəhəri, Nizami rayon sakini Vüsal Qurban oğlu Muradovla bağlı ötən dövrdə bir sıra dəstək tədbirləri görülüb: “Hələ 2016-ci ildə V.Muradova işsizlik müavinəti təyin edilib, həmçinin o, Dövlət Məşğulluq Xidməti vasitəsilə ilə 2017-2018-ci illərdə müxtəlif müəssisələrdə satıcı-nəzarətçi və nəzarətçi vəzifələrində işlə təmin edilib. Eyni zamanda, 2018-ci ildə Dövlət Məşğulluq Xidmətinin Bakı Regional Peşə Tədris Mərkəzində ingilis dili kursuna cəlb olunub. Daha sonra V.Muradov 2018-ci ildə özünüməşğulluq proqramına cəlb edilib və təlim kursunu uğurla başa vurub. Bildiyiniz kimi, Dövlət Məşğulluq Xidməti tərəfindən proqram iştirakçılarına aktivlər (mal və materiallar) verilən zaman onların məmnunluğu əsas kimi götürülür və verilən aktivlər vətəndaşı qane etmədiyi təqdirdə yenisi ilə əvəz edilir.

V.Muradova biznes-planına uyğun şəkildə foto xidməti üzrə kiçik biznesini qurmaq üçün müvafiq avadanlıqlar təqdim edilərkən, o, başqa modeldə avadanlıqlar istədiyini bildirib. Onun bu istəyi nəzərə alınıb və yaxın vaxtlarda yeni tender elan edilməklə, onun üçün istədiyi modeldə fotoaparat və çap avadanlıqları alınıb veriləcək. Bununla bağlı heç bir problem yoxdur”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...