Əsas səhifə Məqalələr Fərdi inkişaf 16 yaşlı şagird 3 milyon dollarlıq təklifdən imtina edib

16 yaşlı şagird 3 milyon dollarlıq təklifdən imtina edib

1161
Paylaş

İngiltərədə yaşayan 16 yaşındakı İngilis şagirdin qurduğu internet saytına 3 milyon dollarlıq sərmayə təklif edilib. Yataq otağında yaratdığı saytına görə ABŞ-dan olan bir neçə investordan sərmayə təklifi alan Məhəmməd Əli bu təklifi rədd edib.

Uşaqlıqdan texnologiyaya marağı olan Məhəmməd Əli 12 yaşında olan zaman ilk şirkətini qurub. Yaratdığı video oyunumaliyyə tətbiqi ilə indiyə qədər 11 min dollardan çox qazanıb.

Bir neçə amerikalı investorun onunla görüşmək üçün Londona gəldiyini söyləyən Məhəmməd Əli yüksək təklifə görə təəccüblənsə də bu təklifi rədd edib. Məhəmməd Əli: “İnvestorlarla Londonda tanış olduq. Qlobal bir datayla çalışan bir şirkət idi ancaq mənim yaratdığım texnologiyanı tam olaraq başa düşmədilər və inanıram ki daha yüksək məbləğdə təklif ala biləcəm.”

Dekabr sonunda təklifi rədd etdiyini söyləyən Əli “Bunun mənim üçün böyük bir risk olduğunu başa düşürəm amma bəzi şeyləri özüm əldə etmək istəyirəm” söyləyib.