Azərbaycanda sosial müavinətlərin elektron təyinatı sistemi yaradılır

Date:

Paylaş:

Pensiya təyinatı üzrə xidmətlərin avtomatlaşdırılmış mexanizmini tətbiq edən Əmək və Əalinin Sosial Müdafiəsi Nazirliyi sosial müavinətlərin elektron təyinatı infrastukturunun da qurulması işlərinə başlayıb.

Bu barədə “Bizplus.az”-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Görülən işlər nəticəsində nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində “Sosial müavinət” altsistemi yaradılır. Beləliklə, pensiya təyinatı kimi, sosial müavinətlərin də təyinatının məmur-vətəndaş təması olmadan, heç bir sənəd və müraciət olunması tələb edilmədən, elektron qaydada həyata keçirilməsi təmin olunacaq.

Ümumilikdə bu sistem aylıq və birdəfəlik sosial müavinət alanlardan ibarət 540 min nəfəri əhatə edəcək.

Qeyd edək ki, əlilliyi olan şəxslər (pensiya hüququ olmayan), sağlamlıq imkanları məhdud uşaqlar, beşdən çox uşağı olan qadınların uşaqları, ailə başçısını itirənlər (pensiya hüququ olmayan), müharibə veteranları, müharibə əlillərinin, şəhid ailələrinin, I və II qrup Çernobıl əlillərinin, müddətli hərbi xidmət qulluqçularının uşaqları və b. aylıq sosial müavinət alırlar.

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslər, uşağın doğulmasına görə ailələr və s. birdəfəlik müavinətlə təmin olunurlar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...