150 min dollarla yaratdığı yemeksepetini 589 milyon dollara satan Nevzat Aydın

Date:

Paylaş:

Nevzat Aydın 1976-cı ildə İstanbulda dünyaya gəlib. 1999-cı ildə Boğaziçi Universiteti Kompyuter Mühəndisliyi fakultəsindən məzun olub. Daha sonra magistr təhsili üçün ABŞ-a gedib. San Fransisko şəhərində müxtəlif ölkə mətbəxlərini daddıqca bunların sifariş yollarını araşdırıb və ağlına yemeksepeti kini bir sayt qurmaq gəlib.

24 yaşında öz işini qurur və səbr edir

Yemeksepeti fikiriylə Türkiyəyə qayıdan Nevzat Aydın 2001-ci ildə saytı yaradır və 24 yaşında öz işinin müdiri olur. 2 ortağı ilə saytı qurmaq üçün 150 min dollar xərcləyən Aydın, quruluş sərmayəsi üçün öz yığdığı vəsaitdən istifadə edir. Lakin yemeksepetindən pul qazanması dərhal reallaşmır. Bir neçə il işlərin böyüməsi və Türkiyədə internetin yayılması üçün səbrlə gözləyir. 5 il ərzində saytdan heç bir gəlir əldə edə bilmir.

Sayt uğur qazanır

İş modeli o qədər müvəffəqiyyətli olur ki Qızıl Hörümçək Web saytları yarışmasında 2004, 2005 və 2006-cı illərdə Türkiyənin “Ən Yaxşı Web Saytı” mükafatını üst üstə qazanır. Türkiyədə e-ticarət sahəsində investisiya edən şirkətlər arasına daxil olur.

Yemeksepeti böyüməyə davam edir

Yemeksepeti sifariş modeli əvvəl İstanbulda başlayır. Daha sonra Ankara və İzmirdə fəaliyyətə keçir. Yemeksepeti bir anda 650 restoran, 70 min stifadəçi, 5 milyon dollar gəlir kimi rəqəmlərə çatır. Bu yaxın gələcəkdəki böyük böyümənin də xəbərçisi olur.

Restoranlar üçün də fürsət yaranır

Yemeksepetini yaratdıqdan sonra ilk öncə bəzi restoranlardan mənfi reaksiyalar alan qrup, bir neçə il ərzində işlərini inadla davam etdirərək ciddi bir kütləyə çatmağı bacarır. Sonradan hətta Yemeksepetinə görə restoranlar quranlar da olur. Küçə arasında çox tanınmayan kiçik miqyaslı restoranlar, Yemeksepeti şəbəkəsinə daxil olan zaman yeni müştərilər qazanmaq şansı əldə edirlər.

Yemeksepetini satması

2015-ci ildə Aydın Nevzat Yemepsepeti şirkətini Delivery Hero adlı xarici bir şirkətə 589 milyon dollara satdı. 24 milyon dolları 140 işçi arasında paylaşdı. Şirkəti satmasına baxmayaraq hələ də yemeksepetində İdarə Heyətinin başçısı kimi fəaliyyət göstərir.

Toyu ilə medyada səs-küyə səbəb oldu

Aydın 2011-ci ildə Xorvatiyanın Dubrovnik şəhərində Vogue jurnalının redaktoru Melis Pekand ilə evlənib. Aydının bu toya xüsusi təyyarə kirayəyə götürərək qonaqlarını aparması o zamanlar mətbuatda səs-küyə səbəb olmuşdu.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...