Əsas səhifə Xəbərlər Digər xəbərlər 15 yaşlı azərbaycanlı riyaziyyatçı Stanford Universitetində oxumaq üçün təqaüd qazandı

15 yaşlı azərbaycanlı riyaziyyatçı Stanford Universitetində oxumaq üçün təqaüd qazandı

175
Paylaş

15 yaşlı Kənan Həsənəliyev riyazi bacarıqları və zehni zəhməti hesabına Stanford Universitetində təhsil almaq imkanını qazana bilib.

Hələ altıncı sinifdə oxuyarkən riyaziyyat fənnindən yüksək bal toplamış Kənan Həsənəliyev, həmyaşıdlarından üç addım öndə olmuşdur.

Bununla kifayətlənməyən gənc riyaziyyatçı, North Carolina at Chapel Hill Universitetində  “AP Calculus” və “Calculus 2” mənimsədi.

Boş vaxtlarında Kənan riyaziyyat yarışlarında iştirak edir.

“Birincisi, SAT imtahanından əldə etdiyim nəticə yaxşı olmuşdur”, – Kənan söyləyir. – Kollecdə aldığım dərslər inkişafımda böyük rol oynayıb”.

Kənan müəllimlərinə, eləcə də STEM kurslarını uğurla başa vurmuş sinif yoldaşlarına öz minnətdarlığını bildirib.

“Sən rəqabət hiss edirsən və bu səni daha yaxşı olmağa motivasiya edir”, – gənc riyaziyyatçı əlavə edir.

Onun sözlərinə görə, bu, bütün müəllimlərinin və sinif yoldaşlarının ona dəstək olduğu dostluq yarışmasıdır.

“Tələbələrimizdən birinin Stanford Universitetinə getdiyini bilmək çox xoşdur”, – Kənanın müəllimi bildirir.

Stanford Universiteti uzaq olduğundan, Kənanın valideynləri onunla birlikdə Kaliforniyaya köçəcəklərini söyləyiblər.