Əsas səhifə Startup 14 yaşlı startapçı məktəblilərə kömək edir – İGOR ilə ev tapşırığını etmək...

14 yaşlı startapçı məktəblilərə kömək edir – İGOR ilə ev tapşırığını etmək çox asan olacaq

133
Paylaş

“İGOR” layihəsi şagirdlərin rəqəmsal köməkçisidir. Müasir cəmiyyətimizdə şagirdlər dərsdən sonra ev tapşırığı üçün internetə müraciət edirlər, yalnız çox vaxt lazımsız reklamlara, mane olan məlumatlara və viruslara məruz qalırlar. Məhz buna görə biz “İGOR” layihəsini ərsəyə gətirdik”, – bunu “İ2B – İdeyadan Biznesə” layihəsinin Şamaxı şəhərini təmsil edən iştirakçısı, “İGOR” startapının müəllifi 14 yaşlı Rəvan Ələskərov deyib.

R.Ələskərov platformanın iş prinsipindən danışıb: “İGOR” şagirdlərin səsli və ya yazılı olaraq məlumat axtara biləcəyi baza, mobil əlavə və saytdır. Şagirdlər, istənilən fənn haqqında istədikləri məlumatı İGOR-dan soruşacaqlar və saniyələr içində bu cavaba çatacaqlar”.

Startapçı gələcək planları haqqında da məlumat verib: “Layihənin hazırda məlumatlandırıcı saytı var, amma gələcəkdə şagirdlər “İGOR”un saytından istifadə edib yararlana biləcəklər. Həm də ki, yaxın gələcəkdə platformanın App Store və Play Strore-da yüklənə biləcək tətbiqi istifadəyə veriləcək”.