ABŞ-lı e-ticarət nəhəngi “Amazon”, internet apteki “PillPack” adlı şirkəti satın alacaq.
“Amazon”-dan verilən açıqlamada, reseptli alıcılara gündəlik dərman təhvili edən “PillPack”i satınalma müqaviləsinin bu ilin ikinci rübündə başa çatmasının gözlənildiyi qeyd edilib. Müqavilənin məbləği ilə bağlı bir məlumat isə verilməyib.
“PillPack”in əvvəlcədən hazırlanmış dozalar halında gündəlik dərman təhvili həyata keçirdiyinə diqqət çəkilən açıqlamada, müştərilərə təhvilin vaxtında həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, “Amazon”-un Nyu-York Birjasında ticarət olunan səhmləri 0,8 faiz artıb. ABŞ-ın aptek şəbəkələrinin səhmləri isə kəskin ucuzlaşıb.
Ölkənin ən böyük aptek şəbəkəsiolan CVS-in səhmləri eyni vaxtda 9,3 faiz ucuzlaşıb, “Walgreens Boots Alliance”ın səhmləri isə 10,5 faiz və “Rita Aid”ın səhmləri isə 9,9 faiz düşüb.
Mütəxəssislər, “Amazon”-un uzun zamandır portfelinə aptek xidmətlərini daxil etməyi planlaşdırdığına diqqəti çəkərək, şirkətin ABŞ miqyasında geniş yayılmış təhvil şəbəkəsi sayəsində müştərilərə daha sürətli dərman təhvili edə biləcəyini vurğulayırlar. Bu da mövcud apteklərin müştərilərini itirəcəyi deməkdir.
Həmçinin “Amazon”, investisiya şirkəti “Berkshire Hathaway” və bankçılıq nəhəngi “JPMorgan Chase” ilə birgə qazanc məqsədi güdməyən tibbi sığorta şirkəti yaradacağını yanvar ayında açıqlamışdı.
İlk fazada “Amazon”, “Berkshire Hathaway” və “JPMorgan Chase”in cəmi 1,2 milyon işçisinə məqbul qiymətli tibbi sığorta xidməti verməsi planlaşdırılan yeni şirkətin gələcəkdə bütün amerikalılara xidmət göstərməsi nəzərdə tutulur.
© Marja