Əsas səhifə Biznes sahələri Texnologiya 13 dəqiqə ərzində enerji doldurmağa imkan verən akkumulyator təqdim olunub

13 dəqiqə ərzində enerji doldurmağa imkan verən akkumulyator təqdim olunub

142
Paylaş
Super FlashCharge
Super FlashCharge

Çinin “Vivo” şirkəti smartfonlarının enerji ilə doldurulması üçün “Super FlashCharge” texnologiyasını təqdim edib. 120 vatt gücündə texnologiya 4000 milliamper/saat tutuma malik smartfonun akkumulyatorunu 13 dəqiqə ərzində enerji ilə doldurmağa imkan verir.

“Vivo” şirkətinin məlumatına görə, akkumulyatorun 50% şarjını doldurmaq üçün 5 dəqiqə vaxt lazımdır. Hazırda bu, smartfonların enerji ilə doldurulması üçün ən sürətli texnologiyadır.

Cari ilin martında “Xiaomi” şirkəti tərəfindən təqdim edilmiş 100 vatt gücündə “Super Charge Turbo” texnologiyası 4000 milliamper/saat tutuma malik akkumulyatoru 17 dəqiqə ərzində enerji ilə doldurmağa imkan verir.