2019-cu ildə Azərbaycanda ilk dəfə “Caspian Realty” Xəzər Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi keçiriləcək.
“2019-ci ilin 20-22 fevral tarixlərində Bakı Ekspo Mərkəzində “Caspian Realty” Xəzər Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi keçiriləcək. Sərginin təşkilatçısı “Caspian Event Organisers” (CEO) şirkəti daşınmaz əmlak sahəsində yerli və xarici developerlərin, yüksək ixtisaslı mütəxəssislərin, müxtəlif əmlak sektorlarının sərmayəçilərinin və dövlət qurumlarının nümayəndələrinin iştirak sərgini illik tədbir etməyi planlaşdırıır”, – CEO-nun məlumatında deyilir.
Sərginin məqsədi iştirakçıların hədəf auditoriya ilə işgüzar əlaqələrin qurulmasında, məhsul və xidmətlərin təqdim edilməsində və beynəlxalq təcrübə mübadiləsi imkanlarına təmin etmək üçün beynəlxalq ortam yaratmaqdır.
Sərginin əsas bölmələri aşağıdakılardır: Azərbaycanda Daşınmaz Əmlak Layihələri, xaricdə daşınmaz əmlak layihələri, developer agentlikləri, investisiya şirkətləri, layihələndirmə və memarlıq büroları, inşaat şirkətləri, əlaqəli dövlət qurumları, maliyə təşkilatları, banklar, brokerlər, xəritə ilə bağlı xidmətlər, daşınmaz əmlak sektoru üçün informasiya texnologiyaları.