120 milyard dollar – yeni plastik emalı sənayesi

Date:

Paylaş:

Hər gün KİV-dən “apokalipsis” təhlükəsindən bəhs edən mənfi xəbərlər alırıq və onlar bizi polimer ( plastmass) istehlakı ilə mübarizə aparmağa çağırırlar. Amma plastik bizim üçün lənətdən daha çox qurtuluşdur.

Onların sayəsində məhsul və xidmətlərin qiymətini azaltmışıq. Artıq daha rahatlıqla və ucuz qiymətə qidanı, içkini, kimyəvi vasitələri, yanacağı, turşuları və metalları qablaşdıra bilirik.

Ətrafımıza nəzər salsaq, gördüyümüz obyektlərin ən azı 70%-i polimer tərkiblidir: avtomobillər. velosipedlər, geyimlər,mebel, gadgetlər və cihazlar, pəncərələr, matraslar, qatar və təyyarələr!

Yaxın zamanlara qədər dünya, istifadə müddəti bitdikdən sonra polimerlərlə nə baş verdiyinə diqqət etməmişdi və biz, hökumətin və emal şirkətlərinin plastik tullantılara tətbiq etdikləri adi yenidən istifadə modelindən demək olar ki, xəbərsiz idik.

Onlar on illər ərzində yüz milyon tonlarla plastik tullantını “emal” üçün Çinə göndəriblər. Çin müəssisələri idaxl edilən tullantıları xammal və yanacaq kimi istifadə ediblər və həmçinin, qərbdən gələn tullantıları sadəcə böyük boş ərazidə basdırıblar.

Tullantıların əsas hissəsi Çinə göndərilib. Yalnız kiçik bir hissəsi isə yerində emal olunub.Buna misal kimi təkrar xammal bazarı olan plastik butulkaları (PET) demək olar. Ən əsası, təsdiqlənmiş təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına görə, plastikdən yeni butulkaların hazırlanması ilə belə tullantı xammalından istifadə rəğbətlə qarşılanıb (Avropa Birliyində).

Qalan tullantıları isə sadəcə saxlayıblar və ya elektrik enerjisi üçün  tullantıları yandırmaqla enerji istehsal edən zavodalara göndəriblər. Təəssüf ki, bu havanı çirkləndirir.

Bəzi plastmas tullantılar hələ də sement və keramika zavodlarına göndərilir və sobalarda əridilir.

Plastmasların inanılmaz dərəcədə yüksək istilik yaratma qabiliyyətləri var, çünki iki enerji ilə zəngin elementdən –  hidrogen və karbondan hazırlanıblar. Amma təəssüf ki, plastiklər sobada əridiləndə bütün zəhərli elementlər oksigenlə qarışaraq çox zərərli qazlar xaric edirlər. Beləliklə də plastikin yandırılması dəhşətli qərar idi. Amma bu heç kimi narahat etmirdi.

Çinin 2018-ci ilin 1 yanvarından tullantı idxalına qadağa qoyması hər birimiz üçün xoş bir hadisədir. Unutmamalıyıq ki, plastik tullantını ya xammala ya da hər hansısa iqtisadi cəhətdən effektiv və kütləvi istehlak məhsuluna çevirə bilən bir sənaye texnologiyasını heç kim hazırlamayıb, ona yatırım etməyib. Buna görə də plastik emalı uğurlu alınmır.

Əgər sənaye texnologiyalarının adi bir qarajda yarandığını düşünürsünüzsə yanılırsınız. Sənayedə tətbiq mərhələsinə çatana kimi texnologiya və avadanlıqlar doqquz əsas mərhələdən keçməli olurlar:

1 . Araşdırma və proqram işləri

2 . Təcrübəli alfa-nümunənin hazırlanması

3 .Alfa-nümunənin təcrübi sınağı

4 . Nəticələrin təhlili və əlavə araşdırma

5 . Beta-prototipin hazırlanması

6 . Beta-sınaq

7 . Nəticələrin təhlili və sənaye məhsullarının istehsalı

8 . Sənaye modellərinin tənzimləyici cəlb edilməklə sınağı

9 . Avropa İcması sertifikatı – Avropa iqtisadi zonasında satılan məhsullar üçün əməklə ətraf mühitin mühafizəsi və təhlükəsizlik texnikası standartlarına uyğun sertifkat. Bu markaya adıçəkilən zonadan kənarda satılan məhsullarda da rast gəlinir. Amma həmin məhsullar da bu zonada hazırlanıb və burada satış üçün nəzərdə tutulub.

 Adətən texnologiyanız və ya avadanlığınızın yığılma mərhələsinə kimi getməsi 3-10 il çəkir.

Closed Loop Partners-in hesabatına görə, hal-hazırda dünyada tək bir işdən – plastik tullantıları yanacaq və ya xammala çevirməkdən ötrü bütün elmi və milli meyarlarını pozan 60  şirkət mövcuddur. Təkcə ABŞ-da bazar həcmi 120 milyard dollar dəyərləndirilir.

Təkrar istifadənin iflası kütlə, sahibkarlar və sənayeçilər üçün çox gözlənilməz bir hal olduğu üçün yeni təhlükəsiz, ticari cəhətdən faydalı kimyəvi emal texnologiyasının bazarı ələ keçirməsi üçün illər lazım gələcək. Bu isə Yer Kürəsində plastik tullantılar problemini birdəfəlik həll edəcək və bununla məşğul olanlara isə çoxlu gəlir gətirəcək.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...