Əsas səhifə Biznes 12 yaşında robot istehsal edən şirkət qurdu

12 yaşında robot istehsal edən şirkət qurdu

1040
Paylaş

Soroush Ghodsi 13, Rohan Agrawal isə 12 yaşındadır. Ghodsi startup şirkətlərinin araşdırmasını təmin edən bir platforma, Agrawal isə robot istehsal edən bir şirkət yaradıb.

Startupların böyük bir əksəriyyəti texnologiyadan faydalanılaraq qurulur və az qala illərdir var olan böyük şirkətlərə rəqib olur. Texnologiyanın ilham qaynağı olduğu şirkətlərdən biri isə slike Technologiesdir. 13 yaşında şirkəti quran Soroush Ghodsinin gələcəkdə önünün çox açıq olduğu şirkətin hazırkı müvəffəqiyyətindən müəyyən edilə bilər.

Slike Technologiesi qurdu

Soroush Ghodsi hələ 8 yaşında olanda özbaşına proqramlaşdırmanı öyrəndi. Soroush Ghodsi vaxtının böyük bir qismini bir çox proqramçının birlikdə çalışdığı Hackathonda keçirirdi. Həmin vaxtlarda sensor texnologiyayla ünsiyyət təmin edən layihə yaratdı. Zamanının böyük hissəsini evdə kompyuter başında keçirən Ghodsi, 13 yaşına çatdıqda slike Technologies’i qurdu və CEO oldu. Slik Technologies xüsusi meyarlarla startup şirkətlərinin araşdırmalarını, filtrasiyasını və təqib etmələrini təmin edir. Ghodsi gələcəklə əlaqədar planlarını belə izah edir: “Yeni bir çox layihəmiz var. Yaxın zamanda bunları təqdim edəcəyəm. Ancaq bunu demək istəyirəm ki dünyanın hara getdiyini bilmirəm. Bu səbəbdən gələcəkdə nələr olacağı ilə bağlı layihələr də dəyişiklik göstərə bilər. Gələcəklə əlaqədar dəqiq bir şey deyə bilmərəm. ”

Robot istehsal edir

Rohan Agrawal 12 yaşında bir robot istehsalçısıdır. 4 yaşında kompyuter programçılığını öz-özünə öyrənən Agrawal “Anam, Google və HTML’i necə istifadə edəcəyimi yalnız bir dəfə göstərdi” deyir. Daha sonra Agrawal, kodlaşdırma biliyini artıraraq 5 yaşında ilk veb saytını yaratdı. Mühəndis ana və ata, uşağına kompyuter programçılığıyla əlaqədar kitablar aldı. Qabiliyyətini inkişaf etdirmək üçün onu robot klubuna apardılar. 9 yaşına gəldiyində artıq sadə robot yarada biləcək vəziyyətə gəlmişdi. 10 yaşında isə OLogicdə işləməyə başladı. Burada yerləri süpürən və vakumlayan bir iRobot yaratdı. Yaratdığı bir çox layihənin sonunda robotlar və veb dizaynı sahəsində ixtisaslaşan Aleopile şirkətinin qurucusu oldu. Agrawal gənclərə belə tövsiyyə edir: “Əgər bir şey etmək istəyirsinizsə, özünüzü inkişaf etdirməkdən qorxmayın.”