Əsas səhifə Biznes 12 milyon dollar illik qazancı olan influencerlər var

12 milyon dollar illik qazancı olan influencerlər var

1261
Paylaş

Bəziləri onlara fenomen deyir kimiləri isə Influencer. Sosial medianın geniş istifadə olduğu dövrümüzdə rəqəmsal dünyanın qaydalarını onlar yazır. Atdıqları bir tweet, çəkdikləri bir neçə saniyəlik bir video, yazdıqları bir məqalə ilə milyonları hərəkətə keçirir, ictimai medianın gündəmini təyin edirlər. Vəziyyət belə olanda onlarla əməkdaşlıq edən markaların sayı da günbəgün artır və “Influencer Marketing” marketinq dünyasında imtina edilməz bir silaha çevrilir. Bəs, “Influencer Marketing”-i yaratmağın qaydaları nələrdir?

Onlar necə olur? Yardımsevər, öyrədici, əyləncəli, xarizmatiq. Arxada qoyduğumuz 10 il ərzində həyatımızı geriyə dönüşü olmayacaq şəkildə dəyişdirən rəqəmsal media bu müddətdə öz məşhur, öz fikir başçılarını da yaratdı. Artıq dünyada mətbuat konfranslarında jurnalistlərdən çox blogger, Influencer-lər iştirak edir. Yüksək ödənişli müqavilələr imzalayıb marka üzü olurlar. Milyonlarla izləyicilərini atdıqları bir tweetlə, çəkdikləri bir neçə saniyəlik bir video ilə, yazıldıqları bir yazıyla hərəkətə keçirib kütlələri arxalarınca aparırlar. Influencer-lərin ictimai platformlardakı hakimiyyəti genişləndikcə markalarla etdikləri əməkdaşlıq da dayanmadan artır. Ancaq əsl təhlükə də burada ortaya çıxır. Çünki “Influencer Marketing”-ə olan maraq markaların strategiyası arasındakı fərqlilikləridə hər ötən gün aradan qaldırır. Bəs, markalar “Influencer Marketing”-i necə istifadə etməlidir? Xüsusilə ad seçimində diqqət edilməsi lazım olan nöqtələr nələrdir?
“Fenomenlər marketinqin əvəzedilməzi olacaqlar”

Influencer Marketing trendinin yüksəlişi ilə ictimai media fenomenlerinin də hər ötən gün daha çox əhəmiyyət qazandığı bir vəziyyət də fenomenlərin də etdikləri işə daha peşəkar yaxınlaşıb daha keyfiyyətli işlər görməsi lazımdır. “Reklam, fərdi satış, birbaşa marketinq kimi klassik vəziyyətlərdə firmaların istehlakçı üzərindəki təsiri azalır. Bu da istehlakçıya daha təsirli yollarla çatmaq istəyən markaları yeni axtarışlara itələyir”

Fenomenlərin ya da daha əhatəli ifadə ilə desək influencer-lərin marketinq dünyasında yerinin gedərək artdığını və hətta bunu daha erkən fərq edib illik marketinq planlarına influencer-ləri daxil edən markaların da var olduğunu demək olar. Fenomenlər kosmetik, geyim, texnologiya başda olmaq üzrə bir çox sektorda təsirlidir. Etdikləri hər şey izlənilir və təklif etdikləri şeylər alınır. Yaxşı nümunələr çıxdıqca bu digər markaları da cəsarətləndirir.

Bu qədər yazdıqdan sonra heç olmasa onlardan biri haqqında məlumat verək.

Chiara Ferragni Los Angeles-də yaşayan 28 yaşındakı italyan bloqer, 5.6 milyondan çox Instagram təqibçisi, 1.2 milyon Facebook izləyicisi və hər iki ölkədə də olduqca məşhur olan bir web saytla ən çox qazanan fashion bloggerdir demək olar. ABŞ və öz ölkəsində bir çox markalarla işləyir. 2016-dən Milan-da öz mağazasını açan və theblondesalad.com onlayn mağazasını istifadəyə verdi. Ferragni, həm Pantene-nin qlobal bir elçisi və  həmdə Amazon Moda-nın Avropadakı üzü kimi fəaliyyət göstərir. 25-dən çox beynəlxalq jurnalda yer alır. 2016-cı ildə onun sosial medialar üzərindən etdiyi iş birlikləri sayəsində 12 milyon dollar üzərində bir qazancı olduğu düşünülür.

Otağına poster asan nəsildən qalma bir vərdiş olaraq məşhurların etdiklərin izləmək marağı keçmişdə də var idi, gələcəkdə də var olacaq.